2024-cü ilin fevral ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi şurasının qərarı ilə universitet həyatının və fəaliyyətinin tanıdılması məqsədi ilə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi yaradılmışdır.
Şöbənin yaradılmasına qədər hazırda daxilində çalışan əməkdaşlar universitetin konfransları, tədbirləri, konsertləri və tələbələrin uğurlarının təqdir olunması məqsədi ilə sertifikatlaşdırma prosesi, foto-video çəkilişləri, mətbuatla əlaqə və s. kimi işlərin həyata yetirilməsində fəaliyyət göstəriblər.
Bu səbəbdən universitet rəhbərliyi bu şöbənin yaradılmasının labüd olduğunu qeyd edərək həmin əməkdaşları bir araya topladı.
Şöbənin əsas vəzifələri bunlardır:
- ADMİU-da keçirilən tədbir, konsert, müəllim-tələbə fəaliyyətlərini yaymaq;
- Gündəlik baş vermiş xəbərlərin paylaşılması;
- Mətbuat xidməti – mətnlərin yazılması, redaktə edilməsi və yerli mediada işıqlandırılması;
- Universitetin marketinq və PR işlərinin həyata keçirilməsi;
- ADMİU-nun rəsmi sosial media platformalarının (facebook, instagram, telegram, youtube və s) idarə olunması;
- Universitetdə keçiriləcək konsert, konfrans, tədbir və s. kimi fəaliyyətlərin afişası, postu kimi müxtəlif dizayn işlərinin hazırlanması və çapı;
- Universitetin rəsmi saytı olan www.admiu.edu.az saytının məzmununun idarə edilməsi;
- Universitetin daxili həyatını təbliğ etmək və yeni tələbələrin universitetə cəlb olunması üçün şərait yaratmaq;
- Media monitorinqini aparmaq və s.
Şöbədə hazırda 7 nəfər əməkdaş çalışır:
- Şöbə müdiri – Sitarə Abdullayeva
- Mətbuat katibi – Şahanə Müşfiq
- SMM – Sabir Abbaszadə
- Foto-video işləri – Azər Həsənov
- Sayt – Nurlana Həsənova
- Dizayner – Vüqar Əli
- Psixoloq – Aynur Rəhimova