Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası haqqında

1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk dəfə olaraq “Sənətşünaslıq” ixtisası yaradıldı. Bununla da yüksək hazırlıqlı sənətşünas kadrların yetişdirilməsi işinə başlanıldı. Yeni yaranan kafedranın elmi fəaliyyəti sayəsində ADMİU-da sənətşünaslığın ciddi elmi-metodiki bazası formalaşmış, onun tədris potensialı, pedaqoji və metodoloji xüsusiyyətləri inkişaf edərək möhkəmlənmişdir.

1982-ci ildə “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrası yaranarkən ona rəhbərlik etmək mərhum sənətşünas, professor Məmmədağa Tərlanova həvalə olundu və o, ömrünün sonunadək (1988) bu vəzifədə çalışdı. İxtisasla əlaqədar ilk tədris proqramlarının hazırlanması da öz başlanğıcını həmin dövrdən götürür. Məmmədağa Tərlanovdan sonra “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasına müxtəlif illərdə Azərbaycanın görkəmli sənətşünasları rəhbərlik etmiş və bu sahədə yüksək təcrübəli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişlər. Onlardan kafedra müdiri vəzifəsində Cəmilə Novruzova (1988-1990), Leyla Axundzadə (1990-2000), Xəzər Zeynalov (2000), Nurəddin Həbibov (2000-2001), Xəzər Zeynalov (2007-2008), Sevil Sadıxova (2008-2012), Səyyad Bayramov (2012-2014), Bayram Hacızadə (2014-2016), Mehriban Novruzova (2016-2019) və Aslan Xəlilovu (2019 – bu günədək) qeyd etmək olar.

2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsis edilməsi ilə əlaqədar ADMİU-dakı Rəssamlıq fakültəsinin bəzi ixtisasları akademiyaya köçürüldü, eyni zamanda Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının fəaliyyəti dayandırıldı. 2007-ci ildə isə ADMİU-da yenidən Təsviri sənət tarixi və nəzəriyyəsi kafedranın açılması üçün sərəncam verildi.

Kafedra yaranan gündən burada respublikanın görkəmli sənətşünasları pedaqoji fəaliyyət göstərmişlər. Onlardan Məmmədağa Tərlanov, Kərim Kərimov, Nurəddin Həbibov, Cəmilə Novruzova, Cəmilə Həsənzadə, Röya Tağıyeva, Kübra Əliyeva, Ziyadxan Əliyev, Telman İbrahimov, Ərtegin Salamzadə, Leyla Axundzadə, Sevil Sadıxova və b. adlarını qeyd etmək olar.

Təsviri sənət tarixi nəzəriyyəsi kafedrasında bakalavriat və magistratura səviyyəsində Sənətşünaslıq ixtisası üzrə iki ixtisaslaşma mövcuddur:

  • Təsviri incəsənətin tarixi və nəzəriyyəsi;
  • İncəsənət əsərlərinin bərpası və ekspertizası.
  • Dünya incəsənət tarixi (XI-XVIII əsr Rus incəsənəti)
  • Dünya incəsənət tarixi (XIX əsr Rus incəsənəti)
  • Dünya incəsənət tarixi (XX əsr Rus incəsənəti)
  • Dünya incəsənət tarixi (Hindistan, Uzaq Şərq və Cənubi Asiya incəsənəti)
  • Xarici ölkələrin təsviri sənət tarixi – 1
  • Xarici ölkələrin təsviri sənət tarixi 2
  • Azərbaycan incəsənəti (İbtidai və Qədim dövr Azərbaycan incəsənəti)
  • Azərbaycan incəsənəti (Orta əsrlər və XVIII əsr Azərbaycan incəsənəti)
  • Azərbaycan incəsənəti (XIX əsr Azərbaycan incəsənəti)
  • Azərbaycan incəsənəti (XX əsr Azərbaycan incəsənəti)
  • Azərbaycan incəsənəti (Müasir dövr Azərbaycan incəsənəti)
  • Azərbaycan təsviri sənət tarixi – 1
  • Azərbaycan təsviri sənət tarixi – 2
  • Azərbaycan incəsənət tarixi (Qədim dövr – XIX əsr)
  • XX-XXI əsr Azərbaycan təsviri sənət tarixi
  • İncəsənət əsərlərinin təhlili 1
  • İncəsənət əsərlərinin təhlili 2
  • İkonoqrafiya
  • Bədii üslublar (sahələr üzrə)
  • Miniatür tarixi
  • İslam ölkələri və Mərkəzi Asiya incəsənəti
  • Təsviri incəsənət
  • Təsviri incəsənət tarixi
  • Təsviri sənət tarixi
  • Təsviri sənət tarixi 1
  • Təsviri sənət tarixi 2
  • Təsviri incəsənət tarixi-1
  • Təsviri incəsənət tarixi-2
  • Rus təsviri sənət tarixi
  • Sərgi və auksion işinin təşkili
  • Dekorativ-tətbiqi incəsənət tarixi

Kafedranın professor-müəllim heyəti respublika və beynəlxalq əhəmiyyətli konfrans, simpozium, sərgi və s. tədbirlərdə fəal iştirak edir, universitetimizi beynəlxalq mədəni arenada layiqincə təmsil etdirir.

Professor-müəllim heyətinin tərkibi:

  • Aslan Əkbər oğlu Xəlilov – Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Telman İsmayıl oğlu İbrahimov – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Afət Nadir qızı Aslanova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Sevil Əlifəttah qızı Kərimova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Fəridə Altay qızı Mir-Bağırzadə – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Məlahət Novruz qızı Fərəcova – tarix üzrə elmlər doktoru, dosent
  • Günel Tofiq qızı Seyidəhmədli – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Nərgiz Səfa qızı Abbasova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
  • Nərgiz Səfa qızı Abbasova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
  • Ramil Afiq oğlu Quliyev- sənətşünaslıq üzrə fəlsəfə doktoru
  • Qalib Əhməd oğlu Qasımov- sənətşünaslıq üzrə fəlsəfə doktoru
  • Elnarə Nəriman qızı Paşayeva- baş müəllim
  • Nərgiz Aslan qızı Rzayeva – müəllim
  • Rəfiqə Səyavuş qızı Quliyeva – müəllim
  • Dilarə Ərəstun qızı Müzəffərli – müəllim

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə: 

  • İxtisasa giriş
  • Dünya incəsənət tarixi (Qədim dünya incəsənəti)
  • Dünya incəsənət tarixi (Bizans və orta əsrlər Qərbi Avropa incəsənəti)
  • Dünya incəsənət tarixi (İntibah dövrü Avropa incəsənəti)
  • Dünya incəsənət tarixi (XVII-XVIII əsr Qərbi Avropa incəsənəti)
  • Dünya incəsənət tarixi (XIX əsr Qərbi Avropa incəsənəti)
  • Dünya incəsənət tarixi (XX əsr Qərbi Avropa və ABŞ incəsənəti)
  • Dünya incəsənət tarixi (Müasir dövr incəsənəti)
  • Məişət və geyim tarixi
  • Memarlığa giriş
  • Memarlıq və təsviri sənətin sintezi
  • Azərbaycanın şəhərsalma tarixi
  • İstehsalat təcrübəsi
  • Pedaqoji internatura

Magistratura üzrə:

  • Azərbaycan sənətşünaslıq elminin inkişaf tarixi
  • Təsviri sənətin nəzəriyyəsi
  • Təsviri sənətin tarixi və metodologiyası
  • Təsviri sənətdə tənqidin metodologiyası
  • Təsviri sənət əsərlərinin fənlər arası araşdırılması
  • Təsviri sənət əsərlərinin dəyərləndirmə metodları
  • Təsviri sənətin müasir problemləri
  • Təsviri incəsənətin müasir inkişaf istiqamətləri
  • Müasir dekorativ-tətbiqi sənətin aktual problemləri
  • Şərq miniatür sənəti tarixi
  • Qafqaz xalqlarının incəsənəti
  • Türk incəsənətinin inkişaf xüsusiyyətləri
  • Auksion fəaliyyətinin təşkili
  • Qalereya və kuratorluq işinin əsasları
  • Təsviri sənət əsərlərinin ekspertizası
  • İncəsənət əsərlərinin atribusiya, ekspertiza, sertifikasiya və qiymətləndirilməsi 1
  • İncəsənət əsərlərinin atribusiya, ekspertiza, sertifikasiya və qiymətləndirilməsi 2
  • Memarlıq abidələrinin təhlil metodları
  • Magistrlik yaradıcılıq işinin hazırlanması və müdafiəsi
  • Elmi-tədqiqat təcrübəsi
  • Elmi-pedaqoji təcrübə

Kafedra Rəhbəri:

Aslan Xəlilov

Dosent