Tədris Şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin təşkilini, tədris prosesinin idarə olunmasını və ona nəzarəti həyata keçirən əsas struktur vahiddir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun 14 sentyabr 2022-ci il tarixli 1/401 nömrəli əmrinə əsasən Tədris şöbəsinin tərkibində aşağıdakı bölmələr yaradılmışdır:

  • Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi.
  • Tədrisin təşkili bölməsi.
  • Tələbələrlə iş bölməsi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 oktyabr 2018-ci il tarixli icazə məktubuna əsasən 2020-ci ildə ADMİU-da Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin nəzdində Əlavə təhsil bölməsi yaradılmışdır. 2022-ci ildə ADMİU-da aparılan struktur dəyişikliyi nəticəsində Tədris şöbəsinin tərkibində Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi təsis edilmişdir. Ömürboyu təhsilin hər hansı istiqaməti üzrə sənədlərin toplanması və tədrisin təşkil edilməsi, Biznesin idarə edilməsi (MBA) sahəsində magistratura səviyyəsində tədrisin təşkilinə dair normativ sənədlərin hazırlanması, müvafiq fənlər üzrə kifayət qədər iş təcrübəsi və biliyi olan yüksək ixtisaslı kadrların tədrisə cəlb olunması, fakültələr üzrə bakalavriat səviyyəsində istehsalat, tədris, diplomqabağı, magistratura səviyyəsində pedaqoji, diplomqabağı, yaradıcılıq, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkilinə nəzarət olunması, tələbə və məzunların elektron məlumat bazasının hazırlanması, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən diplomların təhvil alınması, məzunlara təqdim olunması və jurnalda qeydiyyatının aparılması bölmənin fəaliyyətinin əsas istiqamətlərinə daxildir. Bölmənin nəzdində universitetin profilinə uyğun ödənişli kurslar da təşkil olunur.

Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin ştat vahidi 1 rəhbər, 1 aparıcı mütəxəssis, 1 mütəxəssis və 1 metodistdən ibarətdir. Bölmənin rəhbəri dosent, əməkdar müəllim Gülnarə Məmmədovadır.

Tədrisin təşkili bölməsinin fəaliyyətinə aşağıdakılar daxildir:
Təqdim edilmiş bölgü əsasında kafedralar tərəfindən dərs yüklərinin ştatda olan professor-müəllim heyəti arasında mövcud normativ qaydalara uyğun bölünməsinin yoxlanılması, fakültələr üzrə imtahan sessiyasının nəticələri ilə bağlı imtahan vərəqələrinin yoxlanılması və hesabatların hazırlanması, dispetçer vasitəsilə dərslərin keçirilməsinə nəzarət edilməsi, illik statistik hesabatların müvafiq orqanlara təqdim edilməsi və s.

Tədrisin təşkili bölməsinin ştat vahidi 1 rəhbər, 2 mütəxəssis və 1 dispetçerdən ibarətdir. Bölmənin rəhbəri Lətafət Abbasovadır.

Tədrisin və bütün növ imtahanların təşkilinə dair əmrlərin hazırlanması, fakültələrdən daxil olan təqaüd sənədlərinin yoxlanılması və əmrinin verilməsi, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunun təmin edilməsi, qeydiyyatının aparılması, akademik məzuniyyət, köçürülmə, xaric olunma əmrlərinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə (TMDEMS) işlənilməsi və s. Tələbələrlə iş bölməsinin vəzifələrinə daxildir.

Tələbələrlə iş bölməsinin ştat vahidi 1 rəhbər, 1 böyük mütəxəssis, 2 mütəxəssisdən ibarətdir. Bölmənin rəhbəri Şəlalə Əhmədovadır.

Şöbənin rəhbəri

Emil Səlimov