Xalq Çalğı Alətləri İfaçılığı Kafedrasının Müdiri

Əməkdar müəllim, dosent

İbrahimov Umud Ağasif oğlu 1970-ci il iyulun 8-də Bakıda anadan olub.

1986-1990-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1990-1995-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətini 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrından başlayıb.

1993-2003-cü illərdə Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkətinin S.Rüstəmov adına XÇA orkestrində çalışıb.

1995-2002-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xalq çalğı alətləri” kafedrasında, 1999-2012-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərib.

2002-2014-ci illərdə Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışmış, 2014-2015-ci ilə qədər “Xalq çalğı alətləri” kafedrasının dosenti olub.

2015-ci ildən ADMİU – nun “Xalq çalğı alətləri ifaçılığı” kafedrasında müdir vəzifəsində çalışır, kafedrada “Orkestr”, tar aləti üzrə “İxtisas” fənnini tədris edir.

U.İbrahimovun iki tələbəsi prezident təqaüdçüsüdür. Göstərdiyi pedaqoji fəaliyyətə görə diplom və fəxri fərmanla təltif olub.

U.İbrahimov 2008-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüş, 2015-ci ildən isə ADMİU-nun dosenti vəzifəsinə təyin edilib. 2016-cı ildə kafedranın baş müəllimi G.Rzayeva ilə birgə tərtib etdikləri magistr pilləsi üçün “Xalq çalğı alətlərinin öyrənilmə metodikası” proqramın müəllifidir.