Kulturologiya Fakültəsinin Dekanı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Adilov Vasif Musa oğlu 25 iyul 1966-cı il Bakı şəhərində anadan olub.
1991-ci ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olub. 1991-ci ildə Azərbaycan EA-nın “Elm” qəzeti redaksiyasında tərcüməçi vəzifəsinə işə və Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspirantura şöbəsinə əyani daxil olub, 1994-cü ildə aspiranturanı bitirib.
1996-cı ildə “Azərbaycan dilində ərəb mənşəli şəxs adları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş 1997-ci ildə filologiya elmləri namizədi diplomunu alıb.
1995-ci ildən 1999-cu ilədək “Zaman qəzeti” redaksiyasında müxbir, 1999-cu ildən 2001-ci ilədək Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, 2001-ci ildən Bakı Slavyan Universitetinin “Türkologiya” kafedrasında müəllim, baş müəllim, 2002-ci ildən 2007-ci ilədək “Filologiya” şöbəsinin müdiri, dosent, 2010-cu ildən 2014-cü ilədək BSU Pedaqoji fakültəsinin dekan müavini vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var.
2014-cü ildən ADMİU-nun “Ədəbiyyat və dillər” kafedrasının dosenti və Kulturologiya fakültəsinin dekanı vəzifəsində çalışır.