ADMİU-nun professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və mədəniyyət xadimləri, elm və incəsənət nümayəndələri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər. Yubiley gecəsində çıxış edənlər Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli ifaçılıq ənənələrinin qorunub saxlanılmasında […]

Xankəndidə ilk dəfə Milli Qurtuluş Günü qeyd olunub

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə bayram konserti təşkil olunub. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbir ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tarzən Səxavət Məmmədov solist qismində çıxış edib. Tədbirdə əvvəlcə Milli […]

ADMİU nümayəndəsi Qırğızıstanda keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib

19–23 may 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Культурное наследие народов Содружества: Ремесленный предмет как носитель культурного кода” (“Birlik ölkələri xalqlarının mədəni irsi: sənətkarlıq nümunəsi mədəni kodun daşıyıcısı kimi”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərova iştirak edib. Nəzakət Səfərova tədbir […]

“Azərbaycan silahşünaslığının aktual problemləri” adlı İkinci beynəlxalq elmi-praktik konfrans

Konfransın tarixi: 29-30 oktyabr 2026-ci il  Konfransın keçirildiyi yer: Azərbaycan Milli Xalça Muzeyi Konfransın keçirilməsində məqsəd: Azərbaycanın qədim dövrlərdən bu günə qədər tarixi silahşünaslığına dair müasir tədqiqat və materialları elmi dövriyyəyə daxil etmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan silahları haqqında məlumat mübadiləsini təşkil etmək;tarixi silahların mühafizəsi, nümayişi və bərpası problemlərini […]

28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə universitetin rektoru professor Ceyran Mahmudova açaraq 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Rektor qeyd edib ki, ölkəmizdə dövlət əhəmiyyətli günlər münasibətilə rəhbərlik etdiyi […]

Şuşa Humanitar Kolleci ADMİU-da konsert proqramı ilə çıxış edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Şuşa Humanitar Kollecinin təqdimatında möhtəşəm konsert proqramı keçirilib.Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və incəsənət nümayəndələri iştirak ediblər. Musiqi dolu gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.Konsert proqramında Şuşa Humanitar Kollecinin istedadlı tələbələrinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.Tədbirdə […]

ADMİU-nun müəllimi Stokholmda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsertdə çıxış edib

Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti keçirilib. Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri, Danimarkadan gələn qonaqlar və İsveçin klassik musiqi həvəskarları iştirak ediblər. Diasporla İş üzrə Dövlət […]

ADMİU tələbəsinin layihəsi- Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti

Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə Heydər Əliyev təqaüdçülərinin birgə iştirakı ilə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunan instrumental kamera konserti keçirilib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Universitetin rektoru professor Ceyran Mahmudova bu mötəbər layihədə çıxış edən gənc musiqiçilərin incəsənət sahəsində artıq ilk uğurlu addımlarını ataraq, […]

“Eco-Art” Festivalı keçirilib

Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, […]

Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi İş Planına uyğun olaraq maarifləndirmə və antikorrupsiya istiqamətində tədbir uğurla həyata keçirilib.TEYC tərəfindən təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə şəffaflıq və dürüstlük prinsiplərinin təbliği, antikorrupsiya mədəniyyətinin formalaşdırılması və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.Tədbir zamanı korrupsiyaya qarşı mübarizənin […]

“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

Mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun və digər ali […]

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış

Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir […]