Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi Səhnə danışığı kafedrası müəllimləri yaradıcılıq ifa işlərini təqdim ediblər. “Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya mərhum Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.Tədbirin əvvəlində Səhnə danışığı kafedrasının müdiri, professor, Xalq artisti Məmmədsəfa Qasımov çıxış edərək bildirib ki, ədəbi-bədii kompozisiyada ölməz şairin […]
ADMİU Bakı Avropa liseyində keçirilən festivalda iştirak edib
Dekabrın 26-da ənənəvi olaraq Bakı Avropa Liseyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Festival keçirilib. Dünya azərbaycanlılarının bu birlik və həmrəylik bayramı milli-mənəvi dəyərlərə hörmətin simvolu olmaqla yanaşı, tarixi vətənə bağlılıq hissinin də rəmzinə çevrildi. Festival Bakı Avropa liseyinin V-VIII sinifləri əhatə edən “Birləşmiş Liseyistlər Təşkilatı” tərəfindən keçirilir.Bu festival Bakı Avropa Liseyində 11 […]
Xalq şairinin xatirəsinə həsr olunmuş “Bəxtiyaram mən” konserti keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Muğam sənəti kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Bəxtiyaram mən” adlı konsert proqramı keçirilib.Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.Konsert proqramında Muğam sənəti kafedrasının tələbələri […]
ADMİU Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqresin bədii hissəsində
Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin açılış mərasimi keçirilib.İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konqresin açılış mərasimində səhiyyə naziri […]
Görkəmli bəstəkarların xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib
Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən Xalq artisti, bəstəkar Tofiq Quliyev və Xalq artisti, bəstəkar Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib. Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər. […]
Məzunlar Assosiasiyasının tədbiri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası tərəfindən “Uğur hekayəsi” adlı silsilə tədbirlərin növbətisi baş tutub.Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadənin aparıcı ilə keçən tədbirin əsas məqsədi uğur qazanmış məzunların həyat və karyera yolunu gənclərlə bölüşmək, tələbə–məzun əlaqələrini gücləndirmək və Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulamaqdır.Tədbirin açılışında ADMİU-nun prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək Məzunlar Assosiasiyasının […]
ADMİU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
ADMİU-nun Kulturologiya fakültəsi və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.Tədbir zamanı Ulu Öndərin dövlət quruculuğuna verdiyi töhfələr, mədəniyyət sahəsində həyata keçirdiyi əhəmiyyətli siyasət və Azərbaycan mədəni irsinin zənginləşməsindəki rolu geniş şəkildə işıqlandırılıb.Çıxışlar zamanı Heydər Əliyevin milli dəyərlərin qorunması və gənclərin inkişafına yönəlmiş ideyalarının önəmi vurğulanıb, mövzu […]
“Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət […]
ADMİU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik […]
Mənsum İbrahimovun 65 illik yubileyi ADMİU-da qeyd edilib
Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əməkdar artist, professor Azad Şükürov Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, […]
“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib
Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul […]
ADMİU tələbələrinin iştirakı ilə Bakı Reabilitasiya Mərkəzində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Bakı Reabilitasiya Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.ADMİU-da tətbiq olunan“Musiqi terapiyası” layihəsi çərçivəsində keçirilən tədbirdə Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova, mərkəzin pasiyentləri və ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova günün anlam və önəmi ilə bağlı çıxış ediblər.Daha sonra ADMİU-nun “Xalq çalğı […]













