ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin konserti keçirilib

Aprelin 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı keçirilib.Proqram çərçivəsində dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərləri Camerata Students Orkestrinin və tələbələrin solo və ansambl ifalarında səsləndirilib. Orkestrin bədii rəhbəri […]

ADMİU-da “Açıq qapı” günləri

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub.Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər.Abituriyentlər, müəllimlər və valideynlər aprelin 20-də Rəssamlıq fakültəsində qonaq olublar. Onlar Rəssamlıq fakültəsində dekorativ-tətbiqi sənət ixtisası (bədii xalça, bədii toxuculuq […]

ADMİU-nun müəllimləri beynəlxalq elmi simpoziumda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrasının professoru İsrafil İsrafilov və həmin kafedranın dosenti, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində Türk ocaqları vəqfinin İstanbul şöbəsi və İstanbul Ticarət Universitetinin təşkilatçılığı, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, İstanbul Krım-Tatar türkləri, Qafqaz vəqfi və Tek İmaş şirketinin dəstəyi […]

İnklüziv incəsənət istiqamətində tədris olunan fənlərin təqdimat görüşü keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində inklüziv incəsənət təhsili istiqamətində tədris olunan fənlərə həsr edilmiş təqdimat görüşü keçirilib. Artıq iki ildir tədris proqramına daxil edilən “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları”, “Musiqi terapiyası” və “İnklüziv teatr prinsipləri” fənləri üzrə dərs deyən müəllimlər görülən işlər barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda fənlərin məzmunu, tədris prosesi, əməkdaşlıq edilən […]

ADMİU-nun tələbəsi beynəlxalq festivalda uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) aktyor sənəti ixtisası 4-cü təhsil ili tələbəsi Məhəmmədəli Namazov beynəlxalq festivalda uğura imza atıb.Belə ki, onun “Kamera qarşısında iş” fənni üzrə çəkdiyi “İçimdəki səs” filmi Fescilmar Beynəlxalq Film Festivalının Polşa sessiyasında mükafata layiq görülüb. Ekran əsəri festival çərçivəsində “Ən yaxşı qısametrajlı dram filmi” nominasiyası üzrə qalib seçilib.Qeyd edək […]

ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə rəhbərlik arasında görüş keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşları arasında strateji müzakirə görüşü keçirilib.Görüşdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, eləcə də Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin nümayəndələri iştirak ediblər.ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları və görüş iştirakçılarını salamlayaraq […]

ADMİU-da növbəti maarifləndirici tədbir keçirilib

Aprelin 24-də Kulturologiya fakültəsi və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və suverenliyi uğurunda canından keçən şəhidlərin ruhunun anılması ilə başlayıb. Tədbirdə Kulturologiya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov çıxış edərək tələbələri bu istiqamətdə maarifləndirmə fəaliyyətlərində fəal iştirak etməyə çağırıb.Tədbir “Narkotik […]

ADMİU-da yeni mərhələ başlayır…

Elmi Şuranın 13 aprel 2026-cı il tarixli qərarı ilə universitetin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin fəaliyyəti genişləndirilərək yeni adla — İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt (Sİ) şöbəsi kimi fəaliyyətini davam etdirir. Yeni mərhələdə şöbə PR, marketinq və süni intellekt əsaslı rəqəmsal həllərlə universitetin kommunikasiya fəaliyyətinə müasir yanaşma gətirəcək.

ADMİU-da “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda təlim keçirilmişdir

22 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qeyri-hökumət təşkilatları üçün keçirilən “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi (İB) tərəfindən icra olunan “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi üzrə elmi-praktiki təlim təşkil edilmişdir. Təlimin keçirilməsində əsas məqsəd […]

ADMİU-nun müəllimlərinin əsərləri Beynəlxalq sərgidə fərqlənib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri, dosent, Əməkdar rəssam Rəşad Cabarovun “Musiqili şəhər” adlı rəsmi Rusiyanın Sankt-Peterburq şəhəri Ştinqlitz Akademiyasında keçirilən “Dünyada Sərhədsiz İncəsənət” adlı Beynəlxalq sərgidə Fiqurlu kompozisiya nominasiyası üzrə II yerə layiq görülüb.Sözügedən sərgidə Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarovun “Qız qalası əfsanəsi” adlı əsəri […]

EmalArtXana platformasında gənc rəssamların sərgisi keçirilib

18–19 aprel 2026 -cı il tarixlərində paytaxtda gənc rəssamların işlərindən ibarət EmalArtXana (EAX) platformasında sərgi təşkil edilib. Layihənin təsisçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MBA proqramının Biznesin təşkili və idarə edilməsi (mədəniyyət sahələri üzrə) ixtisasının məzunu Toğrul Cəfərlidir. Sərgidə Günay Bağırova, Xəzər Barat və Çinarə Çi kimi gənc rəssamlar iştirak edərək öz əsərlərini […]

ADMİU SABAH qruplarının tələbələri Qırğızıstanda keçirilən festivalda uğura imza atıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs təhsil ili tələbələri Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” XI Beynəlxalq Tələbə Teatr Festivalında onlayn formatda Yura Zoyferin “Vineta və ya batmış şəhər” tamaşası ilə uğurla iştirak ediblər.Festiva çərçivəsində aprelin 18-də nümayiş etdirilən tamaşa “Ən yaxşı tamaşa” nominasiyası üzrə III […]