Mayın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “99+” layihəsi çərçivəsində “ArtIR V İncəsənət auksionu” keçirilib. Tədbirdə universitet rəhbərliyi, mədəniyyət qurumlarının rəhbərləri, digər universitetlərin rektorları və başqa qonaqlar iştirak ediblər.
Xeyriyyə məqsədiylə keçirilən auksion 2022-ci il “Şuşa İli”nə və 2023-cu il ADMİU-nun 100 illik yubileyinə həsr olunub. Auksionda Rəssamlıq fakültəsinin tələbələrinin əsərlərindən ibarət 70-ə yaxın nümunələr satışa çıxarılıb. Əsərlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.