Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq-ifa işlərinin təşkili ənənəsi bu təhsil ocağının yaranma tarixi ilə sıx bağlıdır. Müxtəlif illərdə professorlar Mahmud Allahverdiyev, İsrafil İsrafilov, dosent Aslan Sultanov, professor Solmina Dadaşova, professor Maral Manafova, professor Məryam Əlizadə elm və yaradıcılıq sahəsinə rəhbərlik etmişlər. 2020-ci ildən etibarən Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsi Əməkdar mədəniyyət işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevaya həvalə edilmişdir.
Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektorluğuna aşağıdakı struktur bölmələr daxildir:
- Elm və doktorantura şöbəsi;
- Yaradıcılıq layihələrinin idarə olunması şöbəsi.
Elm və doktorantura şöbəsi – Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar haqqında” 04 aprel 1997-ci il tarixli, 198 saylı əmrini rəhbər tutaraq ADMİU Rektorunun 30 dekabr 2014-cü il tarixli 115 saylı əmrinə əsasən yaradılmışdır. 12 iyul 2023-cü il tarixində Rektorun 3/73 nömrəli əmrilə Elm və yaradıcılıq-ifa işləri şöbəsi ləğv edilərək Elm və doktorantura şöbəsi təşkil olunmuşdur. Şöbənin ştat vahidi müdir və mütəxəssisdən ibarətdir. Şöbənin müdiri Səbinə Namazova, mütəxəssisi Sevinc Məmmədovadır.
Yaradıcılıq layihələrinin idarə olunması şöbəsi – ADMİU Rektorunun 12 iyul 2023-cü il tarixində 3/73 nömrəli əmrilə yaradılmışdır. Şöbənin ştat vahidi müdir və mütəxəssisdən ibarətdir. Şöbənin müdiri Aysel Məmmədzadə, mütəxəssisi Pərvanə Lətiflidir.
Prorektorluğun nəzdində 2 elmi-nəzəri məcmuə fəaliyyət göstərir:
"Mədəniyyət dünyası" adlı elmi-nəzəri məcmuə 1996-cı ildə təsis olunub. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), sənətşünaslıq, muzeyşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya, ilahiyyat və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (İSSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə işıq üzü görür.
"Mədəniyyət dünyası" elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25.12.2019-cu il tarixində N 4279 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır.
Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunması və elmi ictimaiyyətə çatdırılması, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasını asanlaşdırmaq məqsədilə 2020-ci ilin sentyabr ayından etibarən
“Mədəniyyət dünyası” jurnalının
https://medeniyyetdunyasi.az/ adlı saytı istifadəyə verilmişdir.
2021-ci ildən etibarən
“Mədəniyyət dünyası” elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli
DOI (Dijital Object Identifier) almışdır. 2022-ci ildə daha bir yenilik məcmuənin (
academia.edu) dünya alimlərinin əməkdaşlıq etdiyi sosial şəbəkədə yerləşdirilməsi olmuşdur.
"Elmi əsərlər" adlı elmi-nəzəri məcmuə 2007-ci ildə təsis olunmuşdur. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), muzeyşünaslıq, sənətşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (İSSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə işıq üzü görür.
"Elmi əsərlər" elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25.12.2019-cu il tarixində N 4278 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmış və
"ADMİU-nun Elmi əsərləri" adlandırılmışdır.
Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunması və elmi ictimaiyyətə çatdırılması, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasını asanlaşdırmaq məqsədilə 2020-ci ilin sentyabr ayından etibarən
"ADMİU-nun Elmi əsərləri" jurnalının
http://elmieserler.com/ adlı saytı istifadəyə verilmişdir.
2022-ci ildən etibarən
"ADMİU-nun Elmi əsərləri" elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli
DOI (Dijital Object Identifier) alıb. 2022-ci ildə daha bir yenilik məcmuənin (
academia.edu) dünya alimlərinin əməkdaşlıq etdiyi sosial şəbəkədə yerləşdirilməsi olmuşdur.