Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2011-ci ildən fəaliyyət göstərən Televiziya və Kino-Tədris studiyasının tərkibinə aşağıdakı studiyalar daxildir:
• Pavilyon
• Video studiya
• Fotostudiya
• Video montaj
Universitetin Kino rejissoru, Televiziya rejissoru və Operator sənəti ixtisası üzrə təhsil alan tələbələri öz kurs və diplom işlərinin çəkilişində studiyanın müasir texniki avadanlıqlarından səmərəli istifadə edirlər. Eyni zamanda Televiziya və Kino Tədris studiyası Universitetin bir sıra tədbir və konfranslarının, ustad dərslərinin çəkilişini təmin edir. Burada fəaliyyət göstərən Montaj studiyası tələbələrin kurs və diplom işlərinin, universitetin tədbirlərinin montaj prosesini həyata keçirir.
Studiya müdiri - Günel Ələkbər qızı Əliyeva
Montaj mütəxəssisi Qafarlı Emil Azad oğlu
Studiyanın video mexaniki - operatoru Həsənov Azər Tahir oğlu