Nigar Rüstəmova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Nigar Rafiq qızı Rüstəmova 1965-ci ildə Bakı şəhərində anadan olub.
1972-1982-ci illərdə Bakı şəhəri, 150 №-li orta məktəbdə təhsil alıb.
1982-1987-ci illərdə Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. “C.Məmmmədquluzadə əsərlərində işlədilən frazeologizmlərin rus dilinə tərcümə problemləri” adlı buraxılış işini müdafiə edərək filoloq dərəcəsinə layiq görülüb.
1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertanturasına qəbul olunub.
2002-ci ildə “Süleyman Rəhimovun yaradıcılığında milli ədəbi ənənələr” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilib.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Dosent” elmi adına layiq görülüb.
2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Əmək fəaliyyəti
1991-2009-cu illərdə əmək fəaliyyətini ADMİU-da müxtəlif vəzifələrdə davam etdirib: laborant, böyük laborant, saat\hesabı müəllim, ştatda müəllim, dosent;
2004-cü ildən - 2009-cu ilədək ADMİU-nun Elmi Şurasının elmi katibi;
2006-2008-ci illərdə ADMİU-nun nəzdində N 02.091 Dissertasiya Şurasının elmi katibi.
2009-cu ildən 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
Elm haqqında, Məktəbəqədər təhsil haqqında, Peşə təhsili haqqında, Ümumi təhsil haqqında Qanunların, Təhsil Qanununa edilən dəyişiklikliklər və digər sənədlərin hazırlanması zamanı təhsil qanunvericiliyinə aid mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədi ilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir.
2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlamışdır.
2021-ci ilin sentyabr ayından tədris işləri üzrə prorektordur.
Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.
Dərc edilmiş əsərləri
“Epik nəsr və milli ənənə (S.Rəhimova yaradıcılığı əsasında)” monoqrafiya,“Rus ədəbiyyatı tarixi (XIX əsr)”adlı metodiki vəsait, “ Rus ədəbiyyatı tarixi” fənni üzrə proqram,“Z.Krakauer. Fiziki reallığın bəraiti” adlı monoqrafiyasının təcüməsi”, “K.Voqler. Yazıçının səyahəti” adlı dərsliyinin tərüməsi” kitabların və bir çox elmi məqalələrin müəllifidir.
Respublika və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.