Müasir dövrdə müstəqil Azərbaycan dövləti mədəniyyətə, mədəniyyət təhsilinə və onun beynəlxalq aləmə inteqrasiya etməsinə böyük əhəmiyyət verir. Milli mədəniyyətimizin dünya miqyasında tanınması dövlətimizin xarici siyasət sahəsindəki prioritetlərindən birini təşkil edir. Mədəniyyətimizin dünyaya tanıdılması sahəsindəki məqsədyönlü inkişafda bədii təhsilin də böyük rolu var.
Təxminən 100 illik tarixə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti respublikada incəsənət təmayüllü universitetlər arasında ilk universitetdir ki,
Avropa İncəsənət Universitetlər Liqasının (ELİA) üzvüdür. Bu qərar 26 oktyabr 2002-ci il tarixindən ELİA-nın Baş Assambleyasında qəbul olunmuşdur. Bundan əlavə, universitetimiz Beynəlxalq Universitetlər Birliyinin üzvüdür.
Ötən müddət ərzində ADMİU 31 ölkənin 83 ali məktəbi ilə əməkdaşlıq müqaviləsi imzalayaraq, bu istiqamətdə mütəmadi, səmərəli fəaliyyət göstərmişdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərin digər ali məktəblərinə ezam olunmasında özünü biruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir. ADMİU elə bir ali məktəbdir ki, onun dünyanın aparıcı, ənənələr formalaşdırmış yaradıcılıq mərkəzləri ilə təmas qurması bütövlükdə Azərbaycan mədəniyyətinin və təhsilinin inkişafı üçün əhəmiyyətlidir.
Bu günə qədər ADMİU-nu 1030 əcnəbi tələbə bitirərək, dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsindən 107 tələbə Universitetin müxtəlif fakültələrində təhsil alır.
ADMİU Yaponiya hökümətinin «Ot kökləri» layihəsində, Yaponiyanın «Mitsubişi Korporeyşn» şirkəti tərəfindən təklif olunuş mədəniyyət üzrə layihədə, Almaniyanın təhsil üzrə nümayəndəliyinin “DAAD” proqramında, YUNESKO - ASCHBERG proqramında, Bakıdakı Yunanıstan Səfirliyinin təklif etdiyi Aleksandr Onasis Fondunun proqramında, ABŞ Səfirliyinin vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət proqramında, “TEMPUS- TASİS”, “ERASMUS-MUNDUS” proqramlarında və bir çox digər beynəlxalq layihələrdə iştirak edir. Universitet 31 ölkənin 83 ali məktəbi ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. 2014-cü il Çin Milli Dram Akademiyası, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnsitutu, 2015-ci il Türkiyə Qazantep Universiteti, Ukrayna R.M.Qlier adına Kiyev Musiqi İnstitutu, 2016-cı il Bartin Kültür Sanat Dərnəgi, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Rusiya Federasiyası Ulyanovsk Dövlət Universiteti (2016), Qazaxıstan Respublikası T.K. Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası (2016), 2017-ci il Özbəkistan Dövlət Konservatoriyası (2017), Çelyabinsk Dövlət İncəsənət İnstitutu (2017), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (2017), Beykənt Universiteti (2017), Kahramanmaraş Sütçü İmam Universiteti (2017), İğdır Universiteti (2017), 2018-ci il Qazi Universiteti (2018), Ankara Hacı Bayram Veli Universiteti (2018), Ankara Musiqi və incəsənət Universiteti (2018), Gürcüstan (Batumi Dövlət Mədəniyyət və İncəsənət universiteti (2018), Çin (Bakı Konfutsi İnstitutu (2018), Xuçjou Universiteti Konfusi İnstitutu (2018) Çin Lanzou İncəsənət və Maarif Universiteti (2018), Xuçjou Universiteti Konfusi İnstitutu (2018), S.A. Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya Universiteti (VQİK) (2018), Perm Dövlət İncəsənət İnstitutu (2018), Rusiya Teatr Sənəti İnstitutu (QİTİS) 2018), Şimali Kipr Türk Respublikası (Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti (2018), 2019-cu il Qazi Universiteti (2019), Kiyev Milli Texnologiya və Dizayn Universiteti (2019), S.A. Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya Universiteti (VQİK )(2019), Qazaxıstan Respublikası (T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası (2019), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (2019, Qazaxıstan Dövlət Pedoqoji Qızlar Universiteti 2019), Özbəkistan (Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu (2019), Kazan Dövlət Mədəniyyət İnstitutu (2021), Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi (2021) və başqa ali məktəblərlə münasibətlərimiz inkişaf etdirilir.
Dövlət müstəqilliyinin bərpa edilməsi, Azərbaycanın beynəlxalq münasibətlərində yeni keyfiyyət mərhələsi açdıqdan sonra ADMİU beynəlxalq əməkdaşlıqda Azərbaycan mədəniyyət konsepsiyasına uyğun olaraq milli mədəniyyətin təbliğində müxtəlif formalardan istifadə edir. Belə ki, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi aşağıdakı istqamətlərdə fəaliyyət göstərir:
- Nüfuzlu yaradıcı ali təhsil ocaqlarının fəaliyyət göstərdiyi ölkələrdə ADMİU-nun imicinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi;
- Beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması;
- ADMİU-nun beynəlmilələşməsi konteksində əcnəbi tələbələrin sayının arıtılması;
- Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin yüksək səviyyədə təşkil olunması;
- Əcnəbi tələbə və müəllimlər üçün Azərbaycan dilini öyrənmək imkanının yaradılması;
- ADMİU-nun tanınması və təbliği məqsədilə beynəlxalq sərgilərdə iştirak;
- Akademik və inzibati heyət üçün xarici dil təhsili imkanının yaradılması;
- Tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi;
- Bakalavriatura, magistratura və doktorantura təhsil pillələrində beynəlxalq ikili diplom proqramlarının yaradılması və sayının artırılması;
- İngilis dilində təhsil proqramlarının formalaşdırılması;
- MBA proqramlarının yaradılması və inkişaf etdirilməsi (Azərbaycan və ingilis dillərində);
- Avropa və Amerika təcrübəsindən istifadə edərək, təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması;
- Beynəlxalq ali təhsil müəssisələri ilə akademik əlaqələrin artırılması;
- Beynəlxalq nüfuzlu şəbəkələrə üzv olmaq və şəbəkələrin tədbirlərində fəal iştirak etmək;
- Beynəlxalq reytinqə daxil olmaq;
- Universitetin maliyyə imkanlarının artırılması üçün yeni daxili və xarici layihələrin hazırlanması;
- İnteqrasiya prinsipləri əsasında müəllim, tələbə, magistrant və doktorantların akademik mobilliyinin artırılması üçün beynəlxalq mübadilə imkanlarından daha geniş istifadə etmək;
- Müxtəlif beynəlxalq layihələr vasitəsilə xarici müəllimlərin tədris prosesinə cəlb edilməsi;
- Tələbələrin istehsalat təcrübəsi məqsədilə beynəlxalq müsabiqələrdə və festivallarda iştirakı;
- Müəllimlərin təcrübə mübadiləsi məqsədilə beynəlxalq müsabiqələrdə və festivallarda iştirakı.
Mədəniyyətlərarası dialoqun inkişafında, şübhəsiz ki, mədəniyyət təhsilinin böyük rolu vardır. Yaşamaqda olduğumuz çağdaş cəmiyyətdə informasiya və kommunikasiya imkanlarının genişlənməsi, texnogen amilin rolunun qüvvətlənməsi mədəniyyətlərarası əlaqələri daha da intensiv edir. Ona görədə bu əlaqələrin öyrənilməsi, onların idarə olunması zərurəti meydana çıxır. Bu zərurəti ödəmək üçünsə, şübhəsiz ki, mədəni proseslərin öyrənilməsi işinin, onun təlim-tədris və təcrübi qaynaqlarının sistemləşdirilməsi tələb olunur.
Müstəqil Azərbaycan Respublikasında qəbul edilmiş Təhsil Qanununun konsepsiyaları mənəvi - əxlaqi baxımdan kamil, ixtisasca savadlı gəncliyin yetişməsi işinə yönəldilib. Bu işi həyata keçirmək ADMİU-nun prioritet istiqamətlərindəndir. Universitetin məqsədi dünyanın bədii sənət təhsilli ali məktəbləri ilə əməkdaşlıq etmək, Azərbaycan xalqının mənəvi-tarixi keçmişini dərindən öyrənən, bu millətin dünyadakı yerini dərk edən yüksək dövlətçilik duyğusuna, dərin əxlaqa malik, savadlı, müstəqilliyimizi qorumağa və tarixdə irəli aparmağa qadir mədəniyyət mütəxəssisləri yetişdirən bir ali məktəb kimi dünyada tanınmaqdır.
VİZA PROSEDURLARI HAQQINDA MƏLUMAT
QALEREYA