1945-ci ildə teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. “Aktyorluq”, “Rejissorluq” və “Teatrşünaslıq” ixtisasları üzrə mütəxısislər hazırlanmağa başladı.
Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər. Lakin 09 iyun 2015-ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək “Aktyor sənəti”, “Rejissor sənəti” və “Sənətşünaslıq “ fakültələri birləşdirilərək yeni böyük “Teatr sənəti” fakültəsi yaradıldı.
2022-ci ildən fakültə dekanı vəzifəsinə Böyükxanım Talıbova seçilib.