Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bakalavriat və magistratura təhsil səviyyələrində müvafiq ixtisaslar üzrə aşağıda göstərilən xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramları həyata keçirir:
Kurmanqazı adına Qazax Milli Konservatoriyası – bakalavriat təhsil səviyyəsi üzrə “İnstrumental ifaçılıq (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri)” və “Ənənəvi musiqi sənəti (xalq çalğı alətləri və xalq mahnıları)” ixtisaslarında.
Qazax Dövlət Pedaqoji Qızlar Universiteti – bakalavriat təhsil səviyyəsi üzrə “Sosialogiya”, “Sosial iş”, “Musiqi təhsili”, “Peşə təhsili”, “Ənənəvi musiqi sənəti”, “Kitabxana işi” və “Verilənlərin emalı və arxiv işi” ixtisaslarında.
Arkin Yaradıcı Sənətlər və Dizayn Universiteti (ARUCAD) – bakalavriat təhsil səviyyəsi üzrə “Aktyor sənəti” ixtisasında.
T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası – magistratura təhsil səviyyəsi üzrə “Kinoşünaslıq” və “Teatrşünaslıq” ixtisaslarında.