ADMİU-NUN PROFESSORU ARİF ƏZİZ İSTANBULDA “RƏSMİN TÜRKÇƏSİ” SƏRGİSİNDƏ İŞTİRAK EDİB
ADMİU-NUN PROFESSORU ARİF ƏZİZ İSTANBULDA “RƏSMİN TÜRKÇƏSİ” SƏRGİSİNDƏ İŞTİRAK EDİB
18.07.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin (ADMİU) professoru, Xalq rəssamı Arif Əziz 28 iyun-3 iyul tarixlərində İstanbulda, Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-Amire Kültür və Sanat Mərkəzində İstanbul Şəhər Bələdiyyəsinin təşkilatı ilə “Rəsmin türkçəsi” sərgisində iştirak edib. Beş türkdilli ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan) 16 rəssamın qatıldığı sərgidə 60-dan çox əsər nümayiş etdirilib. Sərginin əsas məqsədi türk mədəniyyətinin ortaq bədii dəyərlərinin və mədəni irsinin rəngkarlıqda əks olunmasıdır. Sərginin kuratoru, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, layihə uzunmüddətlidir və iştirakçı ölkələrdə də keçirilməsi nəzərdə tutulub.
Arif Əzizin sərgidə təqdim etdiyi “Səmavilər”, “İstanbulun ruhu” və s. əsərləri ziyarətçilərin xüsusi marağına səbəb olub. Rəssam İstanbul Bələdiyyəsi tərəfindən Xatirə ordeni ilə təltif edilib.