NÜFUZLU BEYNƏLXALQ BÜLLETENDƏ ADMİU-NUN ELMİ KONFRANSLARINDAN BƏHS EDİLİB
NÜFUZLU BEYNƏLXALQ BÜLLETENDƏ ADMİU-NUN ELMİ KONFRANSLARINDAN BƏHS EDİLİB
11.02.2022
UNESCO-nun nəzdində fəaliyyət göstərən İCTM-nin (İnternational Council for Traditional Music) 2022-ci ilin yanvar ayında işıq üzü görmüş Bülletenində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi tarixi və nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə keçirilən elmi konfranslar haqqında məlumat dərc olunub. Dünya xalqlarının ənənəvi musiqisinin tədqiqi və təbliği ilə məşğul olan bu mötəbər beynəlxalq təşkilatın Azərbaycandakı təmsilçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova həmin bülletendə çap olunan məqaləsində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XX elmi-praktiki konfrans və “Etnomusiqişünaslıq: elmi paradiqmaların kəsişməsində” adlı Beynəlxalq elmi-nəzəri konfrans haqqında informasiya təqdim edib. Məqalədə qeyd olunduğu kimi, adı çəkilən konfranslarda müxtəlif ölkələrin mütəxəssislərinin etnomusiqişünaslığın müasir problemlərinə dair çoxsaylı məruzələri dinlənilib və bu mövzuda fikir mübadiləsi aparılıb.