ADMİU-NUN TƏLƏBƏLƏRİ “DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR” ƏSƏRİNİ OYNAYIBLAR
ADMİU-NUN TƏLƏBƏLƏRİ “DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR” ƏSƏRİNİ OYNAYIBLAR
17.05.2022
Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru ixtisası üzrə III kurs tələbələri Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərini tamaşaya qoyublar.
Tamaşada 255, 187, 209, 293 və 108 nömrəli tam orta məktəblərin şagird və müəllimləri, kənd sakinləri tamaşaçı qismində iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda tamaşanın rejissoru, Əməkdar artist Gülşad Baxşıyeva çıxış edərək hamıya minnətdarlığını bildirib və şagirdlərə önəmli tövsiyələr verib. Eyni zamanda, belə tamaşaların ardıcıl olaraq təqdim ediləcəyini qeyd edib.