WUF13-lə bağlı “Oyanış” kompozisiyası hazırlanır

ADMİU-da Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Oyanış” adlı kompozisiyanın yaradıcılıq və hazırlıq mərhələsinə start verilib.Layihənin ən mühüm özəlliyi isə bu klassik əsərin Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal çağırışları ilə əlaqələndirilməsidir. Pyesdə fransız alimi Müsyö Jordanın Qarabağın bitki […]

WUF13-lə bağlı “Yaşıl Dünya- Hər Addım Bir Ümid” adlı poster-sərginin hazırlıq mərhələsinə başlanıb

ADMİU-da WUF13-lə bağlı hazırlıq prosesləri davam etməkdədir. Bununla bağlı Rəssamlıq fakültəsində böyük bir yaradıcılıq prosesi yaşanır.Bakının ev sahibliyi edəcəyi WUF13-ün əsas mövzularından biri də iqlimə davamlı, yaşıl və dayanıqlı şəhərlərin qurulmasıdır. Məhz bu səbəbdən, hazırlıq mərhələsində tələbələr sadəcə rəsm çəkmir, həm də gələcəyin yaşıl şəhər mühitini dərk edərək bədii eskizlərə köçürürlər. Dizayn və dekorativ-tətbiqi sənət […]

ADMİU-nun rektoru modern.az saytına müsahibə verib

Azərbaycanın tanınmış bəstəkarı Emin Sabitoğlunun qızı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Modern.az saytına geniş müsahibə verib. Ceyran Mahmudova ilə söhbətimizdə ailə köklərindən başlayaraq, görkəmli bəstəkar Emin Sabitoğlunun yaradıcılığı, onun musiqi dünyası və şəxsi xüsusiyyətləri, həmçinin müasir dövrdə mədəniyyət və incəsənət sahəsinin problemləri ətrafında söhbətləşdik. incəsənət sahəsinin problemləri ətrafında danışıb. Müsahibə zamanı Ceyran Mahmudova rektor fəaliyyəti, təhsil sistemində […]

“Zamanın qanadlarında. Vüqar Əli ” kitabının təqdimatı və sərgisi keçirilib

Aprelin 9-da Azərbaycan Milli İncəsənət Muzeyində müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərginin açılışı və eyniadlı kitabın təqdimatı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və ADMİU-nun birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 40-a yaxın […]

ADMİU-da “Musiqi terapiyası” üzrə təlim proqramı keçirilib

6–10 aprel 2026-cı il tarixlərində ADMİU-nun professor-müəllim heyəti, eləcə də başqa müəssisələrdə müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislər üçün “Musiqi terapiyası” mövzusunda təlim proqramı keçirilib.Təlim proqramı Azərbaycan Dövlət Konservatoriyasının məzunu, Almaniyada musiqi terapiyası ixtisası üzrə təhsil almış, Folkvang İncəsənət Universitetinin professoru, eyni zamanda Almaniyanın Unna şəhərinin Königsborn ərazisində fəaliyyət göstərən uşaq tibb müəssisəsinin və əlilliyi […]

ADMİU-da vətənpərvərlik mövzusunda növbəti görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası məzun–tələbə əlaqələrinin davamlılığını təmin etmək məqsədilə növbəti tədbirini təşkil edib.“Vətən çağıranda: məzunların hekayəsi” adlı tədbir ADMİU Məzunlar Assosiasiyasının sədri Abbasğa Əlizadənin aparıcılığı ilə baş tutub. Tədbirdə Assosiasiyanın heyət üzvləri Günel İbrahimova və Əli Hacılı da iştirak ediblər.Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru, […]

ADMİU nümayəndə heyəti “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir.Qeyd edək ki, sərgi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin ölkəyə cəlb olunması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.Sərginin ilk günündə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev […]

ADMİU Qazaxıstanda keçirilən beynəlxalq təhsil sərgisində iştirak edir

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm […]

ADMİU məzunları uğur yolunda: təcrübədən karyeraya

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzində artıq bir neçə ildir ki, Kulturologiya fakültəsinin “Kitabxana-informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün istehsalat təcrübəsi və könüllülük fəaliyyəti təşkil olunur. Kitabxana-informasiya mərkəzi yalnız informasiya mənbəyi olmaqla kifayətlənmir, eyni zamanda məzunların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və kayera imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata […]

Aprel döyüşlərinin iştirakçısı məzun olduğu universitetdə çalışır…

Azərbaycan Ordusunun parlaq tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bu şanlı qələbədə iştirak edənlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, hazırda həmin ali təhsil ocağında çalışan Azər Həsənovdur. AzEdu.az bu əlamətdar tarix münasibətilə Azər Həsənovla əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib. ADMİU-nun Kino-televiziya fakültəsinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (ədəbi iş) ixtisası üzrə […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi biblioqraf vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 15.04.2026-cı il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektoru mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 30.04.2026-cı il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).