Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin müəllim və tələbə heyəti üçün “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib.Tədbiri fakültənin dekanı, dosent Səyavuş Məhişov açaraq mövzunun önəmini qeyd edib, insan alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunu vurğulayaraq pedaqoji heyətin bu sahədəki məsuliyyətlərini diqqətə çatdırıb.Təlim İnsan Alveri […]
ADMİU-nun əməkdaşı “İlin Gənci” seçilib
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub. Tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib. Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt Şəhər İcra […]
ADMİU-da “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin pedaqoji heyəti üçün “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib.Tədbiri fakültənin dekanı, dosent Səyavuş Məhişov açaraq mövzunun aktuallığını, insan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunu və pedaqoji heyətin üzərinə düşən məsuliyyətləri vurğulayıb.Təlim “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşı, […]
ADMİU-nun müəllimləri “Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda elmi-praktiki seminarda iştirak ediblər
Müasir təhsil prosesində süni intellekt texnologiyalarının tətbiqi və düşüncə-yönümlü dərs dizaynının təşviqi məqsədilə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda elmi-praktiki seminar təşkil olunub.Seminarın məruzəçisi Murad Əliyev Pekin Pedaqoji Universitetində Təhsil Texnologiyaları üzrə doktorant, MindTech AI laboratoriyasının tədqiqatçısı və Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya Fakültəsinin müəllimidir.Tədbir zamanı süni […]
Əhməd bəy Ağaoğluna məxsus nadir kitabların təqdimatı keçirilib
Azərbaycan İstiqlal Muzeyində “Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əhməd bəy Ağaoğluna məxsus nadir kitabların təqdimat mərasimi keçirilib. Təqdim olunan nəşrlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı tərəfindən muzeyə hədiyyə edilib.Tədbiri muzeyin direktoru Sədi Mirseyibli açaraq, milli-mədəni irsin qorunması və tədqiqatçılara göstərilən dəstəkdən bəhs edib. […]
“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib
Yanvarın 30-da Bakı Kongres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTI) tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” hayata keçirilib. Forum çərçivəsində “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov öz uğur hekayələrini paylaşaraq, könüllülük […]
ADMİU-da Gənclər Günü tamaşa ilə qeyd olunub
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir qrup əməkdaşı tamaşanı izləyib.Səhnə əsərinin […]
ADMİU tələbələrinin Azərbaycan Dillər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində könüllü fəaliyyət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan 5 tələbəsi –Musayeva Zinyət, Əliyeva Samirə, Babazadə Qumral, Əzizova Firuzə və Orucova Fəridə tədris prosesi ilə yanaşı Kitabxana-informasiya Mərkəzində könüllü fəaliyyətə cəlb olunub. Onlar kitabxana sahəsində ilkin təcrübi bacarıqlara yiyələniblər. Mərkəzin təşəbbüsü ilə könüllü tələbələrin peşə bacarıqlarının inkişaf […]
ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransı keçirməyi planlaşdırır. Konfrans 17 aprel 2026-cı il tarixində baş tutacaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2026-ci […]
ADMİU TGT-nin yeni təltifləri
Yanvarın 30-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rəhbərliyi tərəfindən Tələbə Gənclər Təşkilatlarının (TGT) nümayəndələrinin 2025-ci il hesabatı üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Mikayılzadə “İlin TGT sədri”, Təşkilatın Ümumi işlər üzrə katibi Əfsun Məmmədli isə “İlin TGT nümayəndəsi” nominasiyaları üzrə təltif olunublar.Bildirilib […]
ADMİU-da WUF13-lə bağlı görüş olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) fəaliyyət göstərən müəllim-rəssamlarla WUF13-lə bağlı görüş keçirilib.Görüş zamanı universitetin rektoru professor Ceyran Mahmudova WUF13 – Ümumdünya Şəhərsalma Forumu ilə bağlı qarşıda duran yaradıcılıq imkanlarından bəhs edib və yaradıcı rəssamların bu mühüm beynəlxalq tədbirdə fəal iştirakının əhəmiyyətini vurğulayıb. Rektor yaradıcı yanaşmanın, müasir şəhər mühitinin bədii interpretasiyasının və ictimai məkanlarda […]













