“Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib

Fevralın 24-də Təhsil Tələbə Krediti Fondu-nun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib. Təlimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin https://e-ttkf.edu.az/ portalı üzrə yeni təyin olunmuş 25 məsul şəxsi iştirak edib.Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) fakültələr üzrə dekan müavinləri Əli Hacılı, Eldar Məmmədzadə, […]

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva açılış […]

ADMİU-da Xocalı soyqırımına həsr olunmuş maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva tərəfindən tələbələr üçün Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici söhbət keçirilib.Görüş zamanı Ə. Şəfiyeva 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilmiş qanlı faciənin tarixi faktlardan söz açaraq, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən, faciə nəticəsində həlak olmuş […]

Beynəlxalq Turizm Bələdçiləri gününə həsr olunmuş təlim-treninq keçirilib

21 fevral Beynəlxalq Turizm bələdçiləri günü münasibətilə 21-24 fevral 2026-cı il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq layihəsinə həyata keçirilib.Layihənin iki treninqi (21, 22 fevral) AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında, […]

“Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirə

Şəhərsalma və dayanıqlı şəhərlər mövzusunda ən aparıcı mütəxəssisləri toplayacaq 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin töhfəsi “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” adlı tədbirlə qoşulması olacaq. Müasir urbanizasiya prosesləri yalnız fiziki məkanlar və infrastrukturlarla məhdudlaşmır. XXI əsrin şəhərləri getdikcə daha çox rəqəmsal mühitlər, virtual cəmiyyətlərlə identifikasiya olunur. Bu […]

ADMİU-da Təqaüd Komissiyasının iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, akademik göstəricilərin yüksəldilməsi və sosial dəstək tədbirlərinin gücləndirilməsi universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Fevralın 23-də ADMİU-da tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi, sosial müdafiə mexanizmlərinin təmin edilməsi və təqaüd təyinatı prosesinin normativ sənədlərə uyğun həyata keçirilməsi məqsədilə Təqaüd Komissiyasının iclası keçirilib.Komissiyanın gündəliyinə cari semestr üzrə tələbələrin […]

ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr […]

ADMİU-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın təşəbbüsü, ADMİU Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tərkibli elmi-ictimai tədbir təşkil olunub. Tədbir ana dilimizin dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlər sistemimizdə və milli kimliyimizin formalaşmasında tutduğu mühüm yerə həsr edilib. Azərbaycan Respublikasının Dövlət […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris şöbəsinin Tələbələrlə iş bölməsi aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:      Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 10.03.2026-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)

ADMİU tələbələri Akademik Milli Dram Teatrının səhnəsində…

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında V.Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Tədbirdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rəhbərləri, incəsənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.Tamaşadan öncə çıxış edən Mədəniyyət və İncəsənət […]

Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər

Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü […]