11.11.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin Universitetinin “Muzeyşünaslıq” fakültəsinin, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri ilə görüşü keçirilib. Görüşdə MVQSYİB-nin sədri Radə Abbas, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, abidəşünas Faiq İsmayılov, Universitetin prorektoru, professor Gülşən Əliyeva və kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev iştirak ediblər.
Görüşün məqsədi, Qarabağın işğalı zamanı həyata keçirilmiş vəhşiliklərin, vandalizm aktlarının baş verməsi, işğal edilmiş ərazilərimizdə Azərbaycan tarixinin məhv edilməsi məsələsinin diqqət mərkəzində saxlanmasıdır. Bu layihənin əsasən Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınlarının müdafiəsi ilə əlaqədar olduğu bildirilib.