Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla
yenidənhazırlanma təhsili almaq üçün qəbul
ELAN EDİR
050309 Musiqişünaslıq
050809 Turizm bələdçiliyi
050810 Turizm işinin təşkili
050302 Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist)
050314 Rejissorluq (teatr rejissoru)
050316 Kinoşünaslıq
Yuxarıda göstərilən ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcəkdir.
ADMİU-da yenidənhazırlanma təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır.
ADMİU-da Yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu 2023-ci ilin may ayının 10-dan sentyabr ayının 5-dək aparılacaqdır.
Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Rektorun adına ərizə;
• Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
• 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
• Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd).
Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Ərizə forması
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80