“MULTİKULTURALİZM KONSEPSİYASININ SOSİAL-FƏLSƏFİ VƏ MƏDƏNİ ƏSASLARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
“MULTİKULTURALİZM KONSEPSİYASININ SOSİAL-FƏLSƏFİ VƏ MƏDƏNİ ƏSASLARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
15.12.2016
Əlyazmalar İnstitutunda “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. ADMİU-nun professoru Aqşin Babayevin iştirak etdiyi konfransda AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşlarından tarix elmləri doktoru Tahirə Həsənzadə “ XIX əsr Qacarlar nəslinin iki ziyalısı Bakı şəhəri haqqında”, fil.ü.e.d. Nailə Səmədova “Yusif Vəzir Çəmənzəminli publisistikasında multikultural dəyərlər”, tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova “Nadir şah Əfşarın dini universalizm ideyası” (rus dilində), ilahiyyatçı alim Əkrəm Həsənov “Seyid Əbülqasım Nəbati yaradıcılığında multikultural dəyərlər”, fil.ü.f.d. İbrahim Quliyev “Azərbaycan ədəbi-bədii fikrində multikultural dəyərlərin yeri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Dilarə Müzəffərli “XX əsrin II yarısı Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlərin bədii əksi”, Samirə Rzayeva “Humanist ideyaların bədii-vizual həlli (Qarabağ müharibəsi dövründə çəkilmiş filmlər əsasında)”, Hüseyn Cavidin ev muzeyinin elmi işçisi Natiq Mürsəlov “Multikultural irsin mühafizəsində AMEA Hüseyn Cavid Ev Muzeyinin rolu” adlı məruzələrlə çıxış ediblər. Konfrans iştirakçılarının məqalələrindən ibarət toplu artıq nəşr olunub.