ADMİU-NUN TƏLƏBƏLƏRİ XIII RESPUBLİKA UNİVERSİADASININ AÇILIŞ MƏRASİMİNDƏ
ADMİU-NUN TƏLƏBƏLƏRİ XIII RESPUBLİKA UNİVERSİADASININ AÇILIŞ MƏRASİMİNDƏ
22.04.2017
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında XIII Respublika universiadasının açılış mərasimi keçirilib. Bakı İdman Sarayında keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Cavid Əhmədovun rərhbərliyi ilə tələbə heyəti də iştirak edib.
Qeyd edək ki, universiada Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə birlikdə təqvim planına müvafiq olaraq təşkil olunub. Təqvim planına 11 idman növü - dama, şahmat, cüdo, sərbəst güləş, Yunan-Roma güləşi, voleybol, stolüstü tennis, basketbol, badminton, veloidman və atletika daxildir.