ADMİU "MƏDƏNİYYƏT KANALI" VƏ "AZƏRBAYCAN RADİOSU"NUN "ODLAR ÖLKƏSİ" BİRGƏ LAYİHƏSİNDƏ
ADMİU "MƏDƏNİYYƏT KANALI" VƏ "AZƏRBAYCAN RADİOSU"NUN "ODLAR ÖLKƏSİ" BİRGƏ LAYİHƏSİNDƏ
09.06.2017
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mədəniyyət" kanalının və "Azərbaycan" radiosunun təşkilatçılığı ilə "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konserti keçirilib.
Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin I kurs tələbələri Tural Xəlilzadə O.Kazıminin “Bakının qızları”, Şəfiqə Abbasova T.Quliyevin “Qaynana” k/f-dən “Məhəbbətin çırağı”, I.Berlini “Cheek to cheek”, E.Prydz, S.Winwood, W.Jennings “Call on my”, II kurs tələbələri Sərxan Cəfərov T.Quliyevin “Bakı haqqında mahnı”, A.Menken “Beauty and the beast”, Şövqi Əmrahov E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” k/f-dən “Sevgi mahnısı”, Güllü Bəhərzalova V.Gərayzadənin “Qaytar eşqimi”, Nigar Xəlilova T.Quliyevin “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle”, IV kurs tələbəsi Safa Eldarov O.Kazıminin “Eşqimin bəxti” və P.Medley “Twist and shout” mahnılarını ifa ediblər.
Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyətinin müşayiəti ilə sonda bütün iştirakçıların ifasında E.İbrahimovanın “Ey Vətən” mahnısı səslənib.