ADMİU TƏLƏBƏLƏRİ MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ
ADMİU TƏLƏBƏLƏRİ MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ
19.09.2017
Sentyabr ayının 18-i Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “ASAN Könüllüləri” təşkilatı, Beynəlxalq Muğam Mərkəzi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə dahi bəstəkarın 132-ci ildönümü və Milli Musiqi Günü münasibətilə “Canlı xatirə” adlı konsert proqramı keçirilib.
Tədbirdə Milli Musiqi Gününün əhəmiyyətindən, dahi bəstəkarın zəngin yaradıcılığından və Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında əvəzsiz xidmətindən danışılıb.
ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrindən ibarət ansambl dahi bəstəkarın ölməz əsərlərini ifa ediblər.