DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI ADMİU-DA
DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI ADMİU-DA
22.09.2017
12-20 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək.
Universitetin SABAH qrupu, Televiziya və kino fakültəsinin tələbələrinə “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi” (I Didn’t Cross The Border: The Border Crossed Me”) filmi təqdim edilib. Gürcüstanlı kinorejissor Toma Çagelişvilinin filmi Gürcüstan və Osetiya arasında baş vermiş münaqişənin Çurvaleti kəndinin sakinlərinə təsirindən bəhs edir. Gürcü dilində ingilis subtitrləri ilə nümayiş olunan sənədli film “sərhəd” ilə qarşılaşan insanların həyatını əks etdirən absurd traqikomediyadır.
Qeyd edək ki, “Reallığı sınayaraq” devizi altında keçirilən festival rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Festival zamanı tamaşaçılara 17 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.