Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Meksikanın “Ölülər günü” bayramı ilə əlaqədar olaraq tədbir keçirilib. Universitetin sərgi salonunda bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatlar və digər nümunələr təqdim olunan stend qurulub.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı xoşməramlı ilk səfiri Xuan Rodriqo Labardini Flores professor-müəllim heyətinə, SABAH qrupları və digər fakültələrin tələbələrinə ölkənin əhalisi, coğrafi mövqeyi və “Ölülər günü” bayramının adət-ənənələri haqqında ətraflı məlumat verib. Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva da eyni zamanda Azərbaycan və Meksika ölkəsinin bayramları arasında oxşar və fərqli cəhətlərdən bəhs ediblər.
Qeyd olunub ki, bayramın keçirilməsində əsas məqsəd dünyasını dəyişən insanların xatirəsini yad etməkdir. Daha sonra cənab səfir tələbələri maraqlandıran suallara ətraflı cavab verib və “Sümüklərə qədər” adlı qısametrajlı cizgi film nümayiş olunub.