ADMİU-NUN TƏLƏBƏLƏRİ 12 NOYABR KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ
ADMİU-NUN TƏLƏBƏLƏRİ 12 NOYABR KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ
11.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə heyəti Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən 12 noyabr Konstitusiya gününə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdən öncə tələbələr Mərkəzin “Muzey” bölməsi ilə tanış olub, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, ümummilli liderin əziz xatirəsini yad ediblər. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Azər Zeynalzadə tələbələrə 1995-ci il noyabr ayının 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyanı qəbul olunması və ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlətin yaranması barədə məlumat verib.
Universitetin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov da öz növbəsində Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurların hüquqi başlanğıcında məhz ümummilli lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyasının əsas rolunu qeyd edib.
Sonda tələbələr üçün Konstitusiya gününə həsr olunmuş film nümayiş olunub.