“BEYNƏLMİLƏLLƏŞMƏ” MÖVZUSUNDA MƏLUMATLANDIRMA GÜNÜ KEÇİRİLİB
“BEYNƏLMİLƏLLƏŞMƏ” MÖVZUSUNDA MƏLUMATLANDIRMA GÜNÜ KEÇİRİLİB
23.06.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində “Beynəlmiləlləşmə” mövzusunda məlumatlandırma günü təşkil edilib.
ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilir və Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla universitetlər və bütün digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir.
Layihə tərəfindən tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənəmək məqsədi ilə təlimlər təşkil olunur.
12-16 dekabr 2022-ci il tarixlərində Belçikanın Brüssel şəhərində EFMD Global təşkilatının təşkilatçılığı ilə “Beynəlmiləlləşmə” mövzusunda təlim və seminarlarda iştirak etmiş ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüb.
N.Rüstəmova tədbirdə çıxış edərək Beynəlmiləlləşmə strategiyasının hazırlanması, beynəlxalq layihələrdə və proqramlarda iştirak, beynəlmiləlləşmə strategiyaya töhfə verə biləcək beynəlxalq şəbəkələrə qoşulmaq haqda ətraflı məlumat verib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.