ADMİU-NUN TƏLƏBƏLƏRİ YAY DÜŞƏRGƏSİNDƏ İŞTİRAK EDİBLƏR
ADMİU-NUN TƏLƏBƏLƏRİ YAY DÜŞƏRGƏSİNDƏ İŞTİRAK EDİBLƏR
01.07.2023
28-30 iyun tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sosial iş tələbələrinin “The Social Times” klubunun təşkilatçılığı ilə Qubada yay düşərgəsi keçirilib.
Düşərgə müddətində ADMİU, BDU, Azərbaycan Universiteti, Odlar Yurdu Universitetindən olan ümumilikdə 20-ə yaxın tələbəyə müxtəlif mövzularda təlimlər keçirilib, Qubanın fərqli tarixi-mədəni məkanlarına gəzintilər təşkil edilib. Düşərgədə ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının müəllimləri Ayxan Qəhrəmanov düşərgə rəhbəri kimi, Pünhani Əsgərli isə təlimçi kimi iştirak ediblər. ADMİU-nun müəllimləri ilə yanaşı, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Rəsul Dadaşov, DOST agentliyinin əməkdaşı Gülqədəm Fərmanlı, AEGEE tələbə təşkilatının prezidenti Cəsur Mədətzadə tələbələr üçün müxtəlif praktiki təlimlər keçiblər.