ADMİU-nun magistratura səviyyəsinə qəbul olunan bakalavrların nəzərinə!
MAGİSTRATURA səviyyəsinə tələb olunan sənədlərin
SİYAHISI
1. Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün,
https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.
2. Müraciət etdikdən sonra aşağıdakı sənədləri universitetə təqdim etmək lazımdır:
• Şəxsiyyət vəsiqəsinin surəti (6 ədəd);
• 3×4 ölçülü foto şəkil (rəngli, 4 ədəd);
• 3×4 ölçülü foto şəkilin elektron variantını qebul@admiu.edu.az elektron ünvana göndərmək (rəngli, 1 ədəd);
• Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun əsli (əlavə ilə birlikdə);
• Cari ildə universiteti bitirənlər üçün isə bakalavr səviyyəsini bitirməsi haqqında arayış (bitirdiyi universitetdən);
• Məcburi köçkünlər üçün özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin əsli və notariusda təsdiq edilmiş surəti, yaşayış yerindən arayış;
• Ödənişli əsaslara qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti;
• Sağlamlıq haqqında arayış;
• Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti.
Ünvan: ADMİU-nun əsas binası
Tel: 012 599 00 54 (daxili 154)
070 237 34 37
Elektron poçt ünvanı: qebul@admiu.edu.az
Ali təhsil müəssisəsində sənədlərin qəbulu I-V günlər saat 10:00-17:00 -da aparılır.