Avqustun 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının dəvəti və Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin təşkilatçılığı ilə Agentliyin Alo Karyera layihəsi çərçivəsində baş tutan "İnstagram" sosial şəbəkəsində canlı yayımın qonağı olub. Teatrşünaslıq kafedrasının dosenti, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov ADMİU-da təhsil və karyera imkanları ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayevanın suallarını cavablandırıb. ADMİU tərəfdən eyni zamanda Ədəbiyyat və dillər kafedrasının dosenti, Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova, aparıcı mütəxəssisi İlahə İsmayılova və metodisti Şükür Mahmudlu canlı yayımda iştirak ediblər.