ADMİU-NUN MÜƏLLİMİ BEYNƏLXALQ FESTİVALDA MÜNSİFLƏRİN SƏDRİ SEÇİLİB
ADMİU-NUN MÜƏLLİMİ BEYNƏLXALQ FESTİVALDA MÜNSİFLƏRİN SƏDRİ SEÇİLİB
23.08.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, kinorejissor Fariz Əhmədov “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri seçilib.
Festival avqustun 25-də Sankt-Peterburqda start götürəcək.
Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan rejissorların 40-dan çox bədii və sənədli filmlərinin nümayiş olunacağı festival sənədli və bədii filmlər olmaqla iki istiqamətdə keçirilir. Sənədli filmlərin münsiflər heyətinin sədri rejissor və prodüser Fariz Əhmədov, bədii filmlərin münsiflər heyətinin sədri özbəkistanlı rejissor, ssenarist Əli Xamrayevdir.
Bu münasibətlə Universitetimizin kollektivi adından ADMİU-nun müəllimi, tanınmış rejissor Fariz Əhmədovu təbrik edir, ona festivalda və gələcək işlərində böyük uğurlar arzu edirəm.