ADMİU-NUN DOSENTİ GÜRCÜSTANDA İŞGÜZAR SƏFƏRDƏ OLUB
ADMİU-NUN DOSENTİ GÜRCÜSTANDA İŞGÜZAR SƏFƏRDƏ OLUB
25.09.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının dosenti, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov Gürcüstana işgüzar səfərdə olub. O, səfər zamanı Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetində qonaq olub və rektor Giorgi Şalutaşvili ilə görüşüb.
Universitet administrasiyasının rəhbəri Giorgi Xarebava və dosent, teatr mütəxəssisi Laşa Çxartişvilinin də iştirak etdiyi işgüzar görüş çərçivəsində iki universitet arasında gələcək əməkdaşlıq perspektivləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.