Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial iş ixtisasında təhsil alan IV kurs tələbələri Tural Mirzəyev, Kənan İsmayılov və Namiq Babayev “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibi olublar.
Həmin tələbələr üçpilləli seçim mərhələsini uğurla başa vuraraq 2187 müraciətçi arasından seçiliblər. 2023-2024-cü illəri əhatə edəcək təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.