Sentyabrın 27-də - Anım günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.
Kollektiv Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.