TÜRK DÜNYASININ TANINMIŞ MUZEYŞÜNASI SALİH DOĞANLA GÖRÜŞ KEÇİRİLİB
TÜRK DÜNYASININ TANINMIŞ MUZEYŞÜNASI SALİH DOĞANLA GÖRÜŞ KEÇİRİLİB
12.10.2023
Türk Dünyasında tanınmış mütəxəssis və araşdırmaçı, Topqapı Türk Dünyası Etnoqrafik Muzey Evləri, Türkiyə və dünyanın ilk tam paronoramik muzeyi olan Panorama 1453 Tarix Muzeyi, Dünya və Türkiyədə Yerli idarəetmə-Bələdiyyə Muzeyləri, Türk Dünyasının mədəni və incəsənət layihələri və muzeyşünaslıqla əlaqədar layihələrinin uğurlu icraçısı və rəhbəri kimi tanınan Salih Doğanla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları arasında onlayn görüş keçirilib.
İşgüzar görüşdə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, dosent Aslan Xəlilov, Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova və professor-müəllim heyəti iştirak edib.
Görüş çərçivəsində əməkdaşlıq imkanları və ortaq mədəni irsimizlə bağlı birgə layihələr müzakirə olunub və bildirilib ki, bu görüş gələcəkdə muzeyşünaslıq və sənətşünaslıq sahələrində layihələrin və əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayacaq.