“FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ KOLLEKTİV MÜHAFİZƏ QURĞULARI” ADLI TƏDBİR KEÇİRİLİB
“FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ KOLLEKTİV MÜHAFİZƏ QURĞULARI” ADLI TƏDBİR KEÇİRİLİB
10.11.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-siyasi elmlər kafedrası Universitetin Mülki Müdafiə Qərargahı ilə birlikdə “Fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları” mövzusunda tədbir keçirib. Tədbirdə ADMİU-nun Turizm təşkili və Turizm bələdçiləri ixtisası üzrə təhsil alan birinci tədris ili tələbələri iştirak ediblər.
Qeyd edək ki, “Fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları” tədbiri Universitetin Mülki Müdafiə Qərargahının rəisi Arif Hüseyn və Sosial-siyasi elmlər kafedrasının müəllimi Rəşidə Bəşirova tərəfindən təşkil edilib.