Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyi ilə əlaqədar respublikada bir sıra mədəni tədbirlər keçirilir.
Həmin tədbirlər çərçivəsində “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsinə start verilib. 2 mərhələ və finaldan ibarət olan müsabiqənın məqsədi gənclərdə sənəti, poeziyanı sevdirməkdir.
Müsabiqədə iştirak etmək üçün respublikanın bir sıra ali təhsil müəssisələrindən 100-dən artıq tələbə müraciət edib. Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti kimi region universitetlərindən də tələbələr müsabiqəyə qatılıblar.
Müsabiqənin münsiflər heyəti aşağıdakı kimidir:
ADMİU-dan müsabiqədə iştirak edən tələbələri qiymətləndirmələri üçün kənar müəssisələrdən dəvət olunmuş münsiflər:
1. Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədov
2. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə
3. Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının dosenti Aynur Nəcəfova.
Digər universitetlərdən müsabiqəyə qatılan tələbələri qiymətləndirmək üçün isə ADMİU-nun “Səhnə danışığı” və “Dram teatrı və kino aktyoru” kafedralarının professor-müəllim heyətindən ibarət münsif heyəti formalaşmışdır:
1. Əməkdar artist, professor Gülşad Baxşıyeva
2. Əməkdar artist, dosent Kəmalə Mehdiyeva
3. Əməkdar artist, professor Azad Şükürov
4. Xalq artisti, professor Məmmədsəfa Qasımov
5. Professor Nadir Hüseynov
6. Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbova