ADMİU-NUN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
ADMİU-NUN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
13.12.2023
Dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edən kollektiv abidəsi önünə əklil və gül dəstələri qoyub.
Həmçinin, ADMİU-nun kollektivi Şəhidlər Xiyabanında olub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi yad edib, məzarları önünə gül dəstələri düzüb.