ADMİU-NUN MÜƏLLİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
ADMİU-NUN MÜƏLLİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
23.04.2024
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasında keçirilən “XXI əsrin mədəniyyət və informasiya cəmiyyəti” adlı Gənc alimlərin beynəlxalq elmi-nəzəri konfransında iştirak ediblər.
Dünyanın bir çox ölkələrindən yüzdən çox gənc alimin qatıldığı beynəlxalq konfransda ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimləri Şəbnəm Qorxmaz Əliyeva “Müstəqil Azərbaycanın “Yumşaq güc” fəaliyyəti”, Qorxmaz Əliyev isə “Azərbaycanda muzey inkluzivliyində oyun yanaşmaları: muzey oyunları vasitəsilə əlçatanlığın inkişafı” məruzələri ilə çıxış ediblər.