ADMİU-nun Kulturologiya fakültəsində keçiriləcək Açıq qapı günü gələcəyini mədəniyyət, incəsənət və humanitar düşüncə ilə qurmaq istəyənlər üçün yeni imkanlar yaradır. 24 aprel saat 11:00-da ADMİU-nun əsas binasında keçiriləcək görüşdə fakültənin tədris mühiti və istiqamətləri ilə yaxından tanış ola bilərsiniz.
ADMİU-da “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda təlim keçirilmişdir
22 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qeyri-hökumət təşkilatları üçün keçirilən “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi (İB) tərəfindən icra olunan “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi üzrə elmi-praktiki təlim təşkil edilmişdir. Təlimin keçirilməsində əsas məqsəd […]
ADMİU-nun müəllimlərinin əsərləri Beynəlxalq sərgidə fərqlənib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri, dosent, Əməkdar rəssam Rəşad Cabarovun “Musiqili şəhər” adlı rəsmi Rusiyanın Sankt-Peterburq şəhəri Ştinqlitz Akademiyasında keçirilən “Dünyada Sərhədsiz İncəsənət” adlı Beynəlxalq sərgidə Fiqurlu kompozisiya nominasiyası üzrə II yerə layiq görülüb.Sözügedən sərgidə Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarovun “Qız qalası əfsanəsi” adlı əsəri […]
EmalArtXana platformasında gənc rəssamların sərgisi keçirilib
18–19 aprel 2026 -cı il tarixlərində paytaxtda gənc rəssamların işlərindən ibarət EmalArtXana (EAX) platformasında sərgi təşkil edilib. Layihənin təsisçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MBA proqramının Biznesin təşkili və idarə edilməsi (mədəniyyət sahələri üzrə) ixtisasının məzunu Toğrul Cəfərlidir. Sərgidə Günay Bağırova, Xəzər Barat və Çinarə Çi kimi gənc rəssamlar iştirak edərək öz əsərlərini […]
Xalq rəssamı Hüseyn Əliyev -115
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzində xalq rəssam Hüseyn Əliyevin 115 illik yubileyi münasibəti ilə rəssamın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil olunub.Sərgidə sənətkarın əsərləri, onun haqqında nəşrlər, eləcə də Azərbaycan təsviri sənətinə verdiyi töhfələri əhatə edən materiallar nümayiş etdirilir. Qeyd edək ki, Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının […]
ADMİU SABAH qruplarının tələbələri Qırğızıstanda keçirilən festivalda uğura imza atıblar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs təhsil ili tələbələri Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” XI Beynəlxalq Tələbə Teatr Festivalında onlayn formatda Yura Zoyferin “Vineta və ya batmış şəhər” tamaşası ilə uğurla iştirak ediblər.Festiva çərçivəsində aprelin 18-də nümayiş etdirilən tamaşa “Ən yaxşı tamaşa” nominasiyası üzrə III […]
WUF13 ADMİU kontekstində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsində WUF13-lə bağlı yaradıcılıq layihəsi həyata keçirilir. Fakültənin batika müəllimi Şəhla Abbasova tələbələri ilə birlikdə World Urban Forum 13 çərçivəsində “Keçmiş ilə müasirlik arasında körpü” adlı sənət işləri üzərində çalışırlar. Layihənin əsas məqsədi ənənəvi sənət növlərindən biri olan batika texnikası vasitəsilə milli-mədəni irsi müasir bədii yanaşmalarla sintez […]
“Kreativ gənclər III” düşərgəsi uğurla baş tutub
Aprelin 15-də Quba şəhərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər III” düşərgəsinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 130 nəfər tələbə iştirak edib.Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və […]
ADMİU-nun prorektoru Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təlimlərində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin prorektorları üçün keçirilən təlimlərdə iştirak etməsi üçün İsmayıllı şəhərinə ezam edilib. Təlimlər 15-17 aprel 2026-cı il tarixlərində baş tutub. Təlimləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta […]
ADMİU-nun əməkdaşları DİM tərəfindən təltif olunublar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının baş müəllimi Zöhrab Cabbarov, Aşıq sənəti kafedrasının müdiri, dosent Samirə Əliyeva, ADMİU Sabah qruplarının rəhbəri, dosent Nofəl Vəliyev Dövlət İmtahan Mərkəzinin (DİM)10 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə DİM İdarə […]
“Kreativ gənclər III” düşərgəsi öz işinə başlayıb
Aprelin 15-də Quba şəhərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər III” düşərgəsinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 130 nəfər tələbə iştirak edir.Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin, […]













