ADMİU ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında onlayn görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə uzunmüddətli əməkdaşlıq münasibətləri mövcud olan Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndələri arasında onlayn görüş baş tutub. Görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.Onlayn görüşdə ADMİU-nu Tədris işləri üzrə prorektor Nigar Rüstəmova, Beynəlxalq […]

Azərbaycan  Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt

Bu günlərdə bp-nin maliyyə dəstəyi ilə gənc tədqiqatçı – Ayaz İlyasovun “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı nəşri geniş ictimaiyyətə təqdim edilib. Kitab Şərqdə ilk demokratik parlament respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (28 may 1918 – 28 aprel 1920) qurucuları, qəbul edilən mühüm qərarlar, demokratik dəyərlər və beynəlxalq münasibətlərdə tutduğu mövqe […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək.  Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin […]

ADMİU-da “VİNETA – Sulara qərq olmuş şəhər” diplom tamaşası nümayiş olunub

Yanvarın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisasının IV təhsil ili tələbələrinin diplom işi olan Yura Zoyferin “VİNETA – Sulara qərq olmuş şəhər” tamaşası nümayiş etdirilib.Tamaşanı ADMİU-nun rektoru Ceyran Mahmudova, SABAH İcra Komitəsinin rəhbəri Elza Səmədova, eləcə də tanınmış rejissorlar izləyiblər.Universitetdə ilk dəfə səhnələşdirilən, dünyada isə çox nadir hallarda […]

Kitabxanamızda yeni nəşr – “Unudulmayan izlər”

ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı kitabı nəşr olunmuşdur. Toplu müəllifin Azərbaycan ədəbi-mədəni irsi, xalq ədəbiyyatı, dilçilik və pedaqoji fikir tarixinin müxtəlif problemlərinə həsr olunmuş ədəbi-tənqidi və elmi-publisistik məqalələrini əhatə edir. Kitabda “Kitabi-Dədə Qorqud” eposu, atalar sözləri və məsəllər, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri elmi-nəzəri […]

ADMİU-nun tələbələri mətbuata müsahibə verib

Qafqaz.info saytının ADMİU-nun tələbələri Toğrul Abıyev və Fidan Süleymanzadə ilə müsahibəsini təqdim edirik. Müsahibənin geniş versiyasını linkdən oxuya bilərsiniz: https://qafqazinfo.az/news/detail/kiminse-derdinden-leyli-mecnun-olmaga-deymez-videomusahibe-495647

ADMİU-da 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramının hazırlanması üzrə növbəti iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illəri əhatə edəcək Strateji İnkişaf Proqramının (SİP) hazırlanması istiqamətində ardıcıl və sistemli fəaliyyətlər davam etdirilir. Universitetin uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məqsədi ilə rəhbərliyin müvafiq qərarı əsasında yaradılmış işçi qruplar və tematik altqruplar üzrə mərhələli şəkildə müzakirələr aparılır. 19 yanvar tarixində Strateji İnkişaf Proqramının hazırlanması üzrə işçi qrupun […]

20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir […]

ADMİU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, universitetin Elmi Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər.Ziyarət zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla anılıb, məzarları önünə qərənfillər düzülüb.

ADMİU əməkdaşı “Generative AI” üzrə beynəlxalq sertifikat əldə edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Sabir Abbaszadə süni intellekt və generativ texnologiyalar üzrə beynəlxalq təlim proqramını uğurla tamamlayaraq sertifikat əldə edib. Belə ki, Sabir Abbaszadə Google Cloud tərəfindən autorizə olunan və Coursera platforması üzərindən təqdim edilən “Gen AI: Beyond the Chatbot” adlı onlayn təlim kursunu müvəffəqiyyətlə bitirib. Təlim proqramı generativ süni intellektin […]

ADMİU ilə ADA Universiteti arasında Memorandum imzalanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasını (ADA) ziyarət edib. Görüşdə hər iki universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. Görüş çərçivəsində ADA Məktəbinin şagirdlərinin ifasında xüsusi kompozisiyalar nümayiş olunub. ADMİU-dan olan qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra ADA […]