ADMİU tələbələri TÜRKSOY Festivalında çıxış ediblər

Qazaxıstanın Türküstan şəhərində keçirilən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Ququ quşunun yuvası üzərindən uçuş” tamaşasını təqdim ediblər. Festival proqramında üçüncü tamaşa olaraq nümayiş olunan səhnə əsəri amerikalı yazıçı Ken Kizinin eyniadlı romanı əsasında Deyl Vassermanın səhnə uyğunlaşdırması əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru ADMİU SABAH mərkəzinin […]

ADMİU-da müəllimlər üçün süni intellekt üzrə praktik təlim keçiriləcək

2 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müəllimlər üçün “AI ilə daha asan tədris” adlı praktik təlim keçiriləcək. Təlim çərçivəsində süni intellekt alətləri vasitəsilə dərs planlarının, tədris materiallarının, təqdimat və vizual materialların, eləcə də test və tapşırıqların hazırlanması imkanları praktiki nümunələrlə təqdim olunacaq. Həmçinin süni intellektdən etik və düzgün istifadə […]

ADMİU-nun əməkdaşları III Keyfiyyət Təminatı Simpoziumunda iştirak edib

1–2 oktyabr 2026-cı il tarixlərində ADA Universitetində ali təhsildə keyfiyyət təminatı və keyfiyyət mədəniyyətinin inkişafına həsr olunmuş III Keyfiyyət Təminatı Simpoziumu keçirilib. Tədbir ADA Universitetinin ev sahibliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə təşkil olunub. Simpozium Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və […]

Türküstanda IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalının açılışı olub

Qazaxıstanın Türküstan şəhərində türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalının açılış mərasimi keçirilib. Qeyd edək ki, iki il əvvəl festival Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Bakıda keçirilib.Festivalda ADMİU-nu Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, ADMİU SABAH qruplarının rəhbəri, Teatr sənəti fakültəsinin baş müəllimi, […]

ADMİU-nun müəllimi uşaqlar üçün ustad dərsi keçib

ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimi Fidan Cəfərli və universitetin məzunu Zöhrə Babayeva Cəbrayıl Şəhəri Günü münasibətilə oktyabrın 4-də Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin foyesində uşaqlar üçün rəssamlıq üzrə yaradıcı ustad dərsləri keçiblər.Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının […]

Nə? Harada? Nə zaman?” — intellektual yarışdan

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərən universitetimizə məxsus müstəqil mədəniyyət klubu Artlantech-XN tərəfindən 4 oktyabr 2026-cı il tarixində tələbələrin intellektual potensialını, dünyagörüşünü və komanda ruhunu sınamaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunmuşdur. Yarış çərçivəsində təqdim olunan suallar İntizar İvar Qasımzadənin özünə məxsus “Ruh Dramaturgiyası” termininə əsaslanaraq hazırlanmışdır. Bu yanaşma iştirakçılara […]

ADMİU-nun nümayəndə heyəti Qazaxıstanda keçirilən X Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib

2-3 oktyabr 2026-cı il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Təhsildə Keyfiyyət Təminatı üzrə X Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib. Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 15 illik yubileyinə həsr olunmuş foruma 29 ölkədən 250-dən çox iştirakçı qatılıb. Onların arasında keyfiyyət təminatı agentliklərinin rəhbərləri, universitet rektorları, beynəlxalq təşkilatların nümayəndələri və müstəqil ekspertlər olub. Astana İT Universitetinin […]

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə ADMİU-da tədbir keçirilib

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Tələbə Elmi Yaradıcılıq Cəmiyyəti (TEYC) tərəfindən tədbir təşkil olunub.Tədbirin qonağı Ayxan Şahbazsoy olub. Görüş zamanı ahılların cəmiyyətdə rolu, onların həyat təcrübəsinin gənc nəslə ötürülməsi, eləcə də müxtəlif nəsillər arasında ünsiyyət və qarşılıqlı anlayışın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.Tədbir iştirakçıların mövzu […]

ADMİU-nun professoru ölkəmizi İtaliyada keçirilən beynəlxalq tədbirdə təmsil edib

25-26 sentyabr tarixlərdə İtaliyanın Kassini şəhərində qayaüstü incəsənətin öyrənilməsi və qorunmasına həsr olunmuş beynəlxalq tədbir keçirilib. “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” (“Re-discovering the first Art of humankind”) adlı tədbir Azərbaycan və İtaliyadan dövlət rəsmilərini, Avropanın aparıcı alim və mütəxəssislərini, muzey direktorlarını, eləcə də incəsənət, tarix, antropologiya və qayaüstü təsvirlər üzrə tədqiqatçıları bir araya gətirib.XVII əsrə […]

ADMİU-da 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ADMİU-nun rektoru professor Ceyran Mahmudova açılış nitqi ilə çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Gelişim Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə İstanbul Gelişim Universiteti arasında onlayn görüş keçirilib. Toplantıda Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Cavid Zeynalov, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Kino-televiziya sənətləri kafedrasının müəllimi Anar Verdiyev, İstanbul […]