ADMİU-nun Tədris şöbəsinin böyük mütəxəssisi, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov müasir elmi-tədqiqat və tədris metodlarının inkişafı istiqamətində növbəti təlimə qatılıb. O, 24 sentyabr 2026-cı il tarixində “Yapay Zeka Destekli ProQuest Central ile Araştırmalarınızı Güçlendirin” (“Süni intellekt dəstəkli ProQuest Central ilə tədqiqatlarınızı gücləndirin”) mövzusunda keçirilən vebinarda iştirak edərək sertifikat əldə edib. Təlimin mövzusu […]
ADMİU-nun kollektivi Zəfər parkını ziyarət edib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Zəfər parkını ziyarət edib.Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkəmizdə Anım […]
ADMİU-nun nümayəndə heyəti “UI GreenMetric Sustainable University Rankings 2026” tədbirində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın rəhbərlik etdiyi heyət 23–25 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings: 2026-cı ilin nəticələri və mükafatlandırması” mövzusundakı tədbirdə iştirak edib.ADMİU-nu tədbirdə rektorla yanaşı Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti […]
ADMİU-nun baş müəllimi Ruslan Zərbaliyev Türkiyədə keçirilən beynəlxalq festivalda çıxış edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Xalq çalğı alətləri kafedrasının baş müəllimi, tarzən Ruslan Zərbaliyev “Vətən” muğam qrupunun tərkibində Türkiyənin Eskişehir şəhərində keçirilən beynəlxalq mədəniyyət tədbirlərində iştirak edib. Odunpazarı Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan “Şehrin Ateşi – IX Beynəlxalq Eskişehir Odunpazarı Seramik Pişirim Teknikleri Çalıştayı” və “Camın Büyüsü – XI Odunpazarı Beynəlxalq Cam Festivalı” […]
ADMİU-da 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçiriləcək
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Məkan: Heydər Əliyev MəktəbiTarix: 28 sentyabr 2026-cı ilSaat: 15:30
ADMİU-da əcnəbi tələbələrlə görüş keçirilibAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan əcnəbi tələbələrin bir qismi ilə ənənəvi görüş keçirilib
Görüşdə tədris prosesi, universitetdaxili nizam-intizam qaydaları və akademik öhdəliklər barədə məlumat verilib. Həmçinin miqrasiya prosedurları, sənədləşmə məsələləri və tələbələrin universitet həyatında fəal iştirakı müzakirə olunub.Tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı məlumat və tövsiyələr təqdim edilib.Görüş əcnəbi tələbələrin təhsil müddətində qarşılaşa biləcəkləri məsələlər barədə məlumatlandırılması, universitet mühitinə uyğunlaşmalarına dəstək göstərilməsi və onlarla səmərəli ünsiyyətin gücləndirilməsi […]
ADMİU müəlliminin “İntibah” pentaptixi “Nəsimi Bağları” kompleksində təqdim olunub
Kompleksin açılışı çərçivəsində Azərbaycan və dünya rəssamları, eləcə də heykəltəraşlarının əsərləri ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi Mir Azər Abdullayevin “İntibah” pentaptixi də təqdim olunub.
ADMİU-nun müəllimi Türk Dünyası Qadın Rəssamlarının Simpoziumunda iştirak edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə keçirilib. Layihə çərçivəsində Türk dünyasının 15 istedadlı qadın rəssamı 5 gün ərzində Şuşa və Xankəndi şəhərlərində olub, bu torpaqların zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar.Sərgilənən hər bir əsər Qarabağın bərpa olunan mənəvi ruhunu, zəngin irsini və füsunkar gözəlliyini əks etdirir. […]
ADMİU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib. Rektor Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən, zəngin və çoxşaxəli yaradıcılığından danışıb. […]
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində səfərdə olub.Səfər çərçivəsində İstanbul Medeniyyet Universiteti və İstanbul Gelişim Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra mühüm görüşlər keçirilib. Görüşlərdə “Dövlət idarəçiliyi modelləri və yaradıcı sənayelərdə davamlılıq siyasəti” adlı elmi-tədqiqat layihəsinin […]
Engin Güneyin kitab və sərgi kataloqu kitabxanamıza hədiyyə edilib
Müasir Türkiyə rəngkarlığının nümayəndəsi, Ondokuz Mayıs Universitetinin (OMÜ) Gözəl Sənətlər fakültəsinin dosenti, Engin Güney tərəfindən kitabxanamıza müəllifi olduğu “Postdijital Sanat” kitabı və fərdi sərgi kataloqu hədiyyə edilib. Kitabda müasir mərhələdə təsviri sənətdə baş verən bədii-texnoloji proseslər araşdırılır, rəqəmsal sənət dövrünün xüsusiyyətləri, ehtimal edilən fəsadları incələnir. Engin Güney Türkiyənin orta nəsil rəssamlarını təmsil edir.Onun yaradıcılığında XX-XXI […]
ADMİU-da Bilik Günü qeyd olunub
15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, universitet rəhbərliyi və fakültə dekanları çıxış edərək tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.Çıxışlar zamanı universitet həyatına yeni qədəm qoyan tələbələrə […]













