8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin rəsmi hissəsində Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli birliyindən […]
ADMİU-nun tələbəsi violin ifaçısı Dmitri Sitkovskinin ustad dərsində iştirak edib
Noyabrın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünya şöhrətli violin ifaçısı Dmitri Sitkovskinin ustad dərsi (master-klassı) keçirilib.Ustad dərsində ADMİU-nun Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının IV təhsil ili tələbəsi Akhadova Ainur müəllim Səbinə Kasumovna Quliyevanın rəhbərliyi ilə uğurlu çıxış edib. Tələbə M.Ponce – J. Heifetzin işləməsində “Estrellita” əsərini ifa edib. Konsertmeyster qismində baş müəllim […]
Zəfər günü münasibəti ilə Kulturologiya fakültəsində maarifləndirici görüşlər təşkil olunub
Noyabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 8 Noyabr – Zəfər Günü münasibəti ilə tələbələr üçün maarifləndirici görüşlər təşkil olunub.Muzeyşünaslıq və turizm kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynov, Sosial-mədəni fəaliyyət kafedrasının dosenti Aygün Eyvazlı və Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Səfiyevanın çıxış etdiyi görüşlərdə 44 günlük Vətən müharibəsinin tarixi […]
ADMİU-nun əməkdaşları “Ali təhsil müəssisələrində süni intellekt” mövzusunda keçirilən təlimdə iştirak ediblər
3 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ali təhsil müəssisələrində süni intellekt” mövzusunda təlim keçirilib.Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin məsul şəxsləri üçün təşkil olunan təlim Microsoft şirkətinin nümayəndələri Dani Zhumabekov və Oliver Zoficin iştirakı ilə baş tutub. ADMİU-nu təlimdə […]
ADMİU-da “Sİ ilə daha asan tədris” mövzusunda təlim keçirilib
Noybarın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər üçün süni intellekt vasitəsilə fakültələr üzrə proqramların istifadəsinə həsr olunmuş praktiki təlim keçirilib.İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təlimi giriş sözü ilə şöbənin müdiri Sitarə Abdullayeva açaraq süni intellektin tədrisə tətbiqi, eləcə də süni intellekt və incəsənət mövzusuna toxunub. Bildirib […]
ADMİU-nun dosenti Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsif kimi iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov 26-30 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib. Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival […]
ADMİU-nun müəllimi “Baku Art Weekend” çərçivəsində keçirilən sərgidə iştirak edib
Noyabrın 1-də ADA Universitetində “Baku Art Weekend” incəsənət proqramı çərçivəsində Amerika Birləşmiş Ştatların yaranmasının 250 illiyinə həsr olunmuş “We The Artists” adlı sərgi keçirilib. Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimi, Əməkdar rəssam, dosent Vüqar Əli fə müəllifi olduğu əsərlə iştirak edib. Müxtəlif sənət istiqamətlərini bir araya gətirən tədbirin proqramında sərgi […]
ADMİU-nun birgə təşkilatçılığı ilə “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
Oktyabrın 30-da Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunan “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərginin açılışı olub.Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunur.Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova […]
ADMİU-nun rektoru Naxçıvanda keçirilən Respublika Elmi Konfransında iştirak edir
Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı – NASCO 29 öz işinə başlayıb.Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan konfransa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran […]
ADMİU-nun müəllimləri Türk Dövlətlərinin Zirvə Görüşündə ölkəmizi təmsil ediblər
28–30 oktyabr tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşü keçirilib.Zirvə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Prezident Sarayında TÜRKSOY-un solistlərindən ibarət möhtəşəm Qala Konserti təşkil olunub.Azərbaycanı bu mötəbər tədbirdə “Vətən” muğam qrupunun solistləri, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və […]
ADMİU-da Qazaxıstanlı magistrantların elmi-tədqiqat təcrübəsi başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 15 magistrantı üçün təşkil olunmuş elmi-tədqiqat təcrübəsi başa çatıb. Təcrübənin yekununda Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən professor Şirinbəy Əliyev və Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova tələbələrin təcrübə müddətinin […]
ADMİU-nun dosenti “AI for Educators” təlimində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov 23–24 oktyabr 2026-cı il tarixlərində Xəzər Universitetinin Yeni Texnologiyalar və Süni İntellekt Araşdırma Mərkəzi tərəfindən təşkil olunan “AI for Educators” adlı təlimdə iştirak edib.Universitet müəllimləri və akademik heyət üçün nəzərdə tutulan […]













