"Mədəniyyət dünyası" elmi-nəzəri məcmuə 1996-ci ildə təsis olunub. İldə iki dəfə işıq üzü görür. Jurnalda kulturologiya, muzeyşünaslıq, sənətşünaslıq (teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, memarlıq, musiqi sənəti), psixologiya, ilahiyyat və onların tədrisi metodikası sahəsində respublikamızda və hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunur. 2011-ci ildən etibarən jurnal beynəlxalq standart seriya (İSSN) ilə nəşr olunur.
Redaksiya heyəti:
Fərəh Əliyeva - sənətşünaslıq üzrə elmlər doktoru, professor (sədr)
Vasim Məmmədəliyev - akademik, АМЕА-nın müxbir üzvü
Rivkat Yusupov - tarix üzrə elmlər doktoru, professor,
Rusiya Humanitar Elmlər Akademiyasının
müxbir üzvü
Nizami Cəfərov - filologiya üzrə elmlər doktoru, professor
Ağamusa Axundov - filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü
Kamal Abdulla - filologiya üzrə elmlər doktoru, professor,
AMEA-nın müxbir üzvü
Məryəm Əlizadə - sənətşünaslıq üzrə elmlər doktoru, professor
Aqşin Babayev - filologiya üzrə elmlər doktoru, professor
Nizaməddin Şəmsizadə - filologiya üzrə elmlər doktoru, professor
Fərhad Bədəlbəyli - Xalq artisti, professor
Gülnaz Abdullazadə - fəlsəfə üzrə elmlər doktoru, professor
Baş redaktor: Məryam Əlizadə: sənətşünaslıq üzrə elmlər doktoru, professor
Redaktor: Gülşən Əliyeva-Kəngərli: filologiya üzrə elmlər doktoru, professor
Məsul katib: Yeganə Əliyeva: kulturologiya üzrə fəlsəfə doktoru, dosent
"Mədəniyyət dünyası" elmi-nəzəri məcmuədə məqalələr azərbaycan, rus və ingilis dillərində çap olunur. Məqalənin əlyazmasını kompyuterdə Microsoft Word redaktorunda Azərbaycan, rus və ingilis dillərində, Times New Roman şrifti ilə, 14 ölçüdə, 1,5-intervalla, A4 formatlı ağ vərəqdə tərtib etmək lazımdır. Məqalənin həcmi 6 səhifədən az olmamalıdır.
Məqalənin başlanğıcında məqalənin UOT indeksi, müəllifin soyadı, adı, atasının adı, işlədiyi müəssisə və onun ünvanı, vəzifəsi, elmi adı, elmi dərəcsi və ya fəxri adı email ünvanı, daha sonra, məqalənin Adı, məqalə hansı dildə yazılmışsa həmin dildə qısa xülasəsi və açar sözlər (6-10 söz) verilməlidir. Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir.
Məqalənin sonunda ədəbiyyat siyahısından sonra digər iki dildə xülasə (müəllifin adı və məqalənin adı həmin dillərdə göstərilməklə) («резюме» və «summary») və həmin dillərdə açar sözləri («ключевые слова» və «keywords») verilməlidir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımından ciddi hazırlanmalıdır.
Məqalədə verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi ardıcıllığı ilə nömrələnməli və məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
Kitab və jurnallara istinad aşağıdakı qaydada verilməlidir:
1. Müəllifin soyadı və inisialı. Kitabın adı. Cildin nömrəsi. Şəhər: nəşriyyat, nəşr ili, ümumi səhifələrin sayı.
2. Müəllifin soyadı və inisialı. Məqalənin adı // Jurnalın adı, nəşr ili, buraxılış nömrəsi, başlanğıc-son səhifələr.
Məqalənin quruluşu:
• məqalənin UOT indeksi
• Müəllifin soyadı, adı, atasının adı
• İşlədiyi müəssisənin adı, vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması)
• İşlədiyi müəssisənin (və ya doktorant olduğu təşkilatın ) ünvanı (poçt nömrəsi göstərilməklə)
• Müəllifin email ünvanı
• Məqalənin yazıldığı dildə qısa xülasəsi və açar sözlər (6-10)
• Baş hərflərlə məqalənin adı
• Məqalənin mətni
• İstinad olunmuş ədəbiyyat siyahısı
• Digər iki dildə məqalənin adı və müəllifin adı və soyadı göstərilməklə qısa xülasəsi və açar sözlər (6-10)
Məqalə aşağıdakı hissələrdən ibarət olmalıdır:
• Giriş
• Məsələnin qoyuluşu
• Məsələnin həlli
• Nəticə (elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair)
• Ədəbiyyat
Məqalənin redaksiyaya təqdim olunması:
• Məqalənin çap olunmuş əlyazması (1 nüsxədə) və onun elektron variantı Compakt Diskdə (CD və ya CD-RW) və məqalənin çap olnuması üçün müəssisə tərəfindən təsdiq olunmuş müvafiq sənədlərlə (məqaləyə 2 rəy və təşkilatın (kafedranın) iclas protokolundan çıxarış) birlikdə jurnalın məsul katibinə (İnşaatçılar pr. 9, ADMİU, əsas bina, II mərtəbə, Elmi hissə) təqdim edilməlidir.
• Ayrıca vərəqdə müəllif haqqında anket-məlumat əlavə olunmalıdır. Məlumatda müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi adı, müəssisənin adı, müəssisənin ünvanı, ev ünvanı, email ünvanı və telefon nömrəsi göstərilməlidir.
• Məqalə jurnalın İnternet səhifəsinə göndərilə bilər. Email: eqana-aliyeva@yandex.ru
• Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər.
• Məqalənin əlyazması və CD geri qaytarılmır.
Ünvan: AZ-1065, Azərbaycan Respublikası, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 438 76 06, (+994 55) 221 08 44
Fax: (+994 12) 438 93 48
E-mail: eqana-aliyeva@yandex.ru
Veb: www.admiu.edu.az