Azad Şükürov,
Əməkdar artist, dosent
Şükürov Azad Hətəm oğlu 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub.
1977-1981-ci illər də M.A.Əliyev adına ADİİ-nin aktyorluq şöbəsinə təhsil alıb, daha sonra N.B.Vəzirov adına LDDT-ya aktyor təyin edilib. 1984-cü ildən indiki ADMİU-nun Tədris Teatrında işləmiş, 1990-cı ildən “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır. 2001-2006-cı illərdə kafedra müdiri vəzifəsində işləyib. 2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.
Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir.
Ailəlidir, 2 övladı var.
Metodik göstərişləri:
1. “Televiziyada danışıq” proqramı 1990.
2. “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
3. “Bədii kino və televiziya filmləri rejissoru” ixtisası üzrə bakalavr dərəcəsi alan tələbələr üçün “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
4. “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər 2006.
5. “Televiziya rejissoru” ixtisası üzrə Bakalavr pilləsi üçün “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər”. 2006
(+994 50) 322 70 86
azad.shukurov@gmail.com